Icma.az
close
up
RU
Azərbaycan üçün şad xəbər: Ölkənin yeni SƏRVƏTİ...

Azərbaycan üçün şad xəbər: Ölkənin yeni SƏRVƏTİ...

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Azərbaycan təhsil tarixində qeydə alınan yeni rekord müzakirələrə səbəb olub. Belə ki, ADA Universitetinin Kompüter elmləri ixtisasında keçid balının 697-yə çatmasını bir qrup gələcəyin tələbatı ilə əlaqələndirsə də, bəziləri bunu digər ixtisaslara qarşı haqsızlıq kimi qiymətləndirib.

Gənclərin Kompüter elmləri və digər bu yöndən olan ixtisaslara marağının artmasının əsas səbəbləri nələrdir? Bu tendensiya gələcəkdə ölkənin IT sektoruna necə təsir edəcək?

Avtosfer.az xəbər verir ki, Globalinfo.az-a danışan Xəzər Universitetinin IT departament rəhbəri, “Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” İctimai Birliyinin eksperti Fərid Musayev deyib ki, bu məsələ həm iqtisadi, həm də sosial baxımdan çox aktualdır:

“Çünki bu rekord sadəcə bir rəqəm deyil, Azərbaycan gənclərinin prioritetlərinin dəyişdiyinin rəsmi göstəricisidir. Artıq ən yüksək nəticə göstərən, çox intellektual və rəqabətədavamlı gənclər klassik iqtisadiyyat, hüquq sahələri ilə yox, texnologiya ilə maraqlanırlar. Bu, bir “trend” deyil, bir paradiqmanın dəyişməsidir. Gənclər karyeralarını intellektual kapital və rəqəmsal bacarıqlarla qurmağa üstünlük verirlər. Bu tendensiyanın arxasında qlobal bazar və məsafədən (onlayn) iş imkanları kimi fundamental faktor dayanır. Abituriyentlər artıq bilirlər ki, Bakıda oturaraq Silikon Vadisi və ya Avropa şirkətləri üçün işləmək mümkündür. IT fiziki sərhədləri aşan sahələrdən biridir. Yüksək gəlir və karyera perspektivi də böyük üstünlükdür. Digər bir çox klassik ixtisaslarla müqayisədə, IT sahəsində təcrübəli mütəxəssislərin əməyinə qoyulan qiymət qlobal səviyyədə çox yüksəkdir”.

Ekspert bildirib ki, dünyanın, eləcə də Azərbaycanın bütün sektorlarının rəqəmsallaşması IT mütəxəssisinə olan tələbi hər gün artırır:

“Texnologiya artıq “gələcəyin işi” deyil, “bugünün işidir”. Gənclər özlərini müasir və dinamik bir sahədə hiss etmək istəyirlər. Bu rekord ölkənin gələcəyi üçün “strateji üstünlük” deməkdir. Ən yüksək ballı gənclərin bu sahəyə keçməsi, gələcəkdə yaradılacaq məhsulların və həllərin keyfiyyətini artıracaq. Əgər bu şəxslər ölkədə qalaraq öz startaplarını qursalar və ya yerli texnoloji şirkətləri böyütsələr, Azərbaycan texnologiya istehsal edən ölkəyə çevrilə bilər.

Neft və qaz asılılığını azaltmaq üçün texnologiya sektoru ən böyük alternativdir. Bu yüksək ballı gənclər ölkənin yeni “qara qızıl”ı, yəni məlumat (data) və proqram təminatı iqtisadiyyatının sütunları olacaqlar. Güclü IT mütəxəssis generasiyası ölkənin kiber-müdafiə qabiliyyətini və rəqəmsal suverenliyini təmin edən əsas qüvvədir.

Nəticə olaraq, 697 ballıq rekord sadəcə bir imtahan nəticəsi deyil. Bu, Azərbaycan gənclərinin dünyanı hansı gözlərlə gördüyünün sübutudur. Onlar artıq kodlarla, süni intellektlə və rəqəmsal aləmlərlə qurulan yeni dünyanı seçirlər. Bu gənclər bizim gələcək texnoloji inqilabımızın memarlarıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 27 Avqust 2026 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see378

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see343

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see297

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see273

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see270

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see261

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see250

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see243

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see242

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see229

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see221

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see220

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see216

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see208

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see208

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see202

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see202

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri