Icma.az
close
up
RU
Dörd prezidentlə işləmiş dövlət müşaviri KİMDİR... FOTO

Dörd prezidentlə işləmiş dövlət müşaviri KİMDİR... FOTO

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tanınmış ictimai xadim, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar dövlət qulluqçusu Vahid Axundov 2025-ci il dekabrın 14-də 84 yaşında vəfat edib.
Modern.az-ın məlumatına görə, mərhum Vahid Axundov 4 iqtidarın prezidenti ilə işləməklə müstəqil Azərbaycanın siyasi tarixinə uzun müddət eyni post tutmuş vəzifəli şəxslərdən biri kimi düşüb.
Qeyd edək ki, Vahid Axundov hakimiyyətin yuxarı pilləsində yüksək vəzifə tutan məmurlar arasında ən yaşlılardan biriydi. O, 4 iqtidarın prezidentiylə işləməklə müstəqil Azərbaycanın siyasi tarixinə uzun müddət eyni post tutmuş vəzifəli şəxslərdən biri kimi düşdü.

Vahid Axundov 1991-ci ilin oktyabrında Prezident Aparatına vəzifəyə gətirilmişdi. O,  4 prezidentlə - Ayaz Mütəllibov, Əbülfəz Elçibəy, Heydər Əliyev və İlham Əliyevlə işlədi. 

İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri əvvəlcə eks-prezident Ayaz Mütəllibovun komandasına daxil olub. 
O, Mütəllibovun komandasında 04.10.1991 - 31.10.1991-ci illərdə Prezident Aparatında dövlət başçısının müşaviri, 31.10.1991 - 06.05.1993-cü illərdə yenə “Ağ ev”də iqtisadi siyasət üzrə dövlət müşaviri postunu tutub.
Yeri gəlmişkən, 1992-ci ildə Mütəllibov hakimiyyətdən getmiş, prezidentliyə isə Əbülfəz Elçibəy gəlmişdi. Amma V.Axundov Prezidentin İcra Aparatındakı vəzifəsini qorumaqla Elçibəyin də komandasında yer ala bilmişdi.
Doğrudur, sonralar onu çox qısa müddətə (14.05.1993 - 23.11.1993) Nazirlər Kabinetinin İqtisadi siyasət və beynəlxalq əməkdaşlıq mərkəzinə direktor vəzifəsinə göndərdilər. Amma V.Axundovun Nazirlər Kabinetində qalması uzun zaman çəkmədi və 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndən az sonra (04.11.1993-cü ildə) onu yenidən Prezident Aparatına qaytardılar. Bu dəfə Heydər Əliyein komandasına daxil olan Vahid Axundov yenə iqtisadi siyasət üzrə dövlət müşaviri postunda əyləşdi.
2003-cü ildə hakimiyyətə İlham Əliyev gəlsə də ,Vahid Axundov bu dəfə də vəzifə kürsüsünü qoruya bildi. O, 2003-dən 2017-ci ilin iyun ayınadək Prezident Administrasiyasında iqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri postunu tutdu.
2017-ci ildə Prezident Adminstrasiyasında edilən struktur dəyişikliyi nəticəsində müşavirlik institutu ləğv olundu. Nəticədə İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri postu da ixtisara düşdü. Bununla da həmin vaxt 75 yaşı olan V.Axundov təqaüdə göndərildi.
Vahid Axundovun dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyəti və iqtisad elminin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib. O, 1992-ci ildə “Əməkdar elm xadimi”, 2006-cı ildə “Əməkdar dövlət qulluqçusu” fəxri adlarına layiq görülüb, 2007-ci ildə “Şöhrət”, 2012-ci ildə “Şərəf” ordenləri ilə təltif edilib.

Ə.Qafarlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Dekabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri