Icma.az
close
up
RU
Vladimir Putinin təhlükəsizliyini qoruyan dörd nəfər kimdir?

Vladimir Putinin təhlükəsizliyini qoruyan dörd nəfər kimdir?

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ölkə.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın “OSİNT-Bees” kəşfiyyat qrupu məlumat yayıb.

Bildirilib ki, qrup daha əvvəl Rusiyanın hərbi rəhbərləri, siyasətçiləri və təbliğatçıları haqqında ətraflı məlumatlar dərc edib. Son araşdırmasında isə Putinə ya birbaşa yaxın olan, ya da pərdəarxasında fəaliyyət göstərən dörd əsas şəxsin adını açıqlayıb.

“Bu insanlar Rusiya prezidentinin ən yaxın mühafizəçiləri və xidmətçiləridir. Bəzən hətta qonşu otaqda gecələyirlər”, - deyə kəşfiyyat nümayəndələri bildiriblər.

Bu araşdırma Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, general-leytenant Valeri Kondratyukun Ukrayna mediasına verdiyi açıqlamadan sonra ortaya çıxıb. O, Putinin ətrafındakı təhlükəsizlik tədbirlərinin maksimum səviyyəyə qədər gücləndirildiyini bildirib.

İddia olunur ki, bu şəxslər Putinin ölkə daxilində və xaricə səfərləri zamanı Kremlin saytında yayımlanan fotolarda tez-tez görünürlər. Lakin onların şəxsiyyəti barədə çox az məlumat var.

Məlumata görə, köməkçilərdən biri 39 yaşlı Aleksey Melnikov Rusiya FSO Akademiyasının məzunudur. Fotolarda onun rəsmi səfərlər zamanı Putini müşayiət etdiyi görünür. Həmçinin onun həyat yoldaşı ilə birlikdə çimərliklərdə istirahət etdiyi fotolar da mövcuddur.

Digər şəxs kimi 43 yaşlı Sergey Moskalenko qeyd olunur. Yayılan fotolarda onun Çin Sədri Si Szinpin və digər dünya liderləri ilə görüşləri zamanı Putini müşayiət etdiyi görünür. Bildirilir ki, onun, ehtimal ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) Qolitsın adına Sərhəd İnstitutunu bitirib.

Onlardan daha biri 43 yaşlı Konstantin Panindir. O, Putinin ölkə daxilindəki səfərləri zamanı çəkilən fotolarda tez-tez prezidentin yanında görünür.

Dördüncü şəxs kimi Moskva vilayətinin Domodedovo rayonundakı Barıbino qəsəbəsindən olan 38 yaşlı İvan Rojko göstərilib. O da Rusiya FSO Akademiyasının məzunudur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 Sentyabr 2026 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri