Dörd yüz on ailəyə evdə sosial məişət xidməti göstərilir
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 15 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən hazırda 410 ailəyə evdə (səyyar) sosial-məişət xidməti göstərilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 341-i ahıl, digərləri əlilliyi olan ər-arvadlardır.
Evdə (səyyar) sosial-məişət xidməti həmin xidmətin xarakterindən asılı olaraq, sosial işçi və sosial xidmətçi tərəfindən göstərilir. Sosial xidmətçilər həftədə iki dəfə tənha ahıl və əlilliyi müəyyən edilmiş şəxslərin evlərinə gedərək, onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və digər işlərdə, sosial işçilər isə hüquqi sənədləşmə və sosial müdafiə tədbirlərinin təşkili istiqamətində kömək göstərirlər.
Agentlik tərəfindən hazırda ümumilikdə 3231 nəfərə evdə (səyyar) sosial-məişət xidməti göstərilir. Onlardan 2 min 957-si ahıllardır. Xidmət göstərilən şəxslərdən 2 min 478-i qadın, 753-ü isə kişidir.
Xidmətdən yararlanmaq istəyən şəxslər Agentliyin regional filiallarına, (012) 525 41 30 nömrəli “Qaynar xətt”ə, (050) 525 41 30 vatsap nömrəsinə və ya Agentliyin sosial media hesablarına müraciət edə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 15 May 2025 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















