Ölkə üzrə 3 min 200 dən çox şəxsə evlərində sosial məişət xidməti göstərilir
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 18 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən hazırda ölkə üzrə 3 min 244 şəxsə evlərində (səyyar) sosial-məişət xidməti göstərilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 3 minə yaxını ahıllar, digərləri əlilliyi olan şəxslərdir. Xidmət göstərilən şəxslərdən 2 min 493-ü qadın, 751-i kişidir.
Sosial xidmətçilər həftədə iki dəfə tənha ahıl və əlilliyi müəyyən edilmiş şəxslərin evlərinə gedərək, onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və digər işlərdə, sosial işçilər isə hüquqi sənədləşmə və sosial müdafiə tədbirlərinin təşkili sahəsində kömək göstərirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 18 Avqust 2025 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















