Icma.az
close
up
RU
Dördgünlük iş həftəsinin işçilərə təsiri ilə bağlı tədqiqat aparılıb

Dördgünlük iş həftəsinin işçilərə təsiri ilə bağlı tədqiqat aparılıb

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dördgünlük iş həftəsi işçiləri məhsuldarlığa zərər vermədən daha xoşbəxt və sağlam edir. 

AZƏRTAC “Nature” nəşrinə istinadla xəbər verir ki, Avstraliya, Yeni Zelandiya, ABŞ, Kanada, İrlandiya və Böyük Britaniyada 141 şirkətdə 3 minə yaxın insan arasında sorğunun nəticələri bunu təsdiq edib.

Altı aylıq sınaq nəticəsində müəyyən edilib ki, daha qısa iş həftəsinə keçmək işçilərin enerjisini artırır, həm psixi, həm də fiziki sağlamlığı yaxşılaşdırır.

Tədqiqatçılar əvvəlcə iş qrafikində azalmanın əlavə stres yarada biləcəyindən qorxurdular, çünki işçilər eyni məhsulu istehsal etmək üçün daha sürətli işləməyə məcbur ola bilərlər. Amma Boston Kollecindən aparıcı müəllif Ven Fan bildirib ki, əksinə onlar daha aşağı stresə məruz qalırlar.

Londonun Birkbek Universitetinin iqtisadçısı Pedro Qomes deyir: “İnsanlar yaxşı istirahət etdikdə, səhv ehtimalı azalır və onlar daha intensiv çalışırlar”.

Sınaq başlamazdan əvvəl şirkətlərə iş axınının yenidən qurulması üçün təxminən iki ay vaxt verilib. Onlardan dördgünlük iş həftəsi ərzində əvvəlki məhsulun azı 80 faizini istehsal etmək üçün məhsuldar olmayan görüşləri və tapşırıqları azaltmaq istənilib. Testdən iki həftə əvvəl işçilər onların rifahını, işdən məmnunluğunu və psixi sağlamlıqlarını qiymətləndirən sorğuya cavab veriblər və altı ay sonra yenidən eyni sorğu keçirilib.

Nəticələr göstərib ki, insanlar işlərindən və psixi sağlamlıqlarından əvvəl olduğundan daha çox məmnundurlar. Üstəlik, sınaqdan bir il sonra toplanmış məlumatlar bu müsbət təsirlərin davam etdiyini təsdiqləyib.

Bununla belə, tədqiqatçılar xəbərdarlıq ediblər ki, iştirak könüllü olduğundan dördgünlük həftənin faydaları həddindən artıq qiymətləndirilə bilər. Müəlliflər yanaşmanı daha geniş miqyasda sınaqdan keçirmək üçün təsadüfi sınaqlara çağırıblar. Buna baxmayaraq, şirkətlərin 90 faizindən çoxu təcrübə bitdikdən sonra dördgünlük iş həftəsinə davam etməyi seçib.

İslandiyada 2015-2019-cu illərdə genişmiqyaslı araşdırma 2500 işçini əhatə edib. Hazırda işçilərin təxminən 86 faizi eyni maaş üçün daha az saat işləyir, tədqiqatlar davamlı məhsuldarlığı və daha az stres olduğunu göstərir.

Belçikada 2022-ci ilin noyabrında işçilərin əməkhaqqını itirmədən dördgünlük iş həftəsi seçməsinə icazə verən qanun təqdim edilib.

Dubayda isə 2025-ci ilin iyul ayından sentyabr ayına qədər “Çevik yay” təşəbbüsünə start verilib. Dövlət sektorunun işçiləri iş-həyat balansını yaxşılaşdırmaq üçün cümə günü yarım gün olmaqla dörd səkkiz saatlıq və ya dörd yeddi saatlıq iş günü seçə bilərlər.

​​​​​​"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 İyul 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri