Icma.az
close
up
RU
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində mətbuat konfransı keçirilib

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində mətbuat konfransı keçirilib

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi, sosial reablitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində ötən il görülmüş işlər və 2026-cı ilin hədəflərinə həsr olunmuş mətbuat konfransı təşkil edilib.

SİA xəbər verir ki, mərkəzin direktoru Elnarə Ənsari bildirib ki, ölkəmizdə həyata keçirilən sosial siyasətin əsasında Azərbaycan vətəndaşı dayanır və əhalinin sosial təminatının gücləndirilməsi, maddi rifahının yaxşılaşdırılması məqsədilə mühüm addımlar atılır. Mərkəzin fəaliyyəti inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşdırılması istiqamətində aparılan davamlı işlərin uğurlu nəticələrindən biridir.

Qeyd olunub ki, Mərkəz 2021-ci ildən fəaliyyət göstərir və açılışında cənab Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva iştirak ediblər. Mərkəz Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb və həssas qruplardan olan şəxslərin bacarıqlarının üzə çıxarılması, inkişaf etdirilməsi, tanıdılması və onların məşğulluq imkanlarının artırılması məqsədi daşıyır.

Hazırda Mərkəz və onun filiallarında benefisiar sayı 292 nəfərdir. Onlardan 175 nəfər Mərkəzdə, 71 nəfər Qarabağ “DOST Evi “ şöbəsində, 46 nəfər isə İsmayıllı “DOST Evi” filialında xidmətlərdən yararlanır. Ötən il təlimləri uğurla tamamlayan 166 nəfərə sertifikat təqdim edilib.

Media nümayəndələrinə Mərkəzdə hazırlanan əl işlərinin satışını həyata keçirəcək dostart.az portalının təqdimatı olub. Bildirilib ki, Cənab Prezident İlham Əliyevin imzaladığı qanunvericilik aktlarına əsasən, Mərkəzin benefisiarları olan əlilliyi olan şəxslərin əl işlərinin həmin platforma üzərindən satışı zamanı “vergi güzəşti” tətbiq ediləcək. Belə ki, onların gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı tutulmaması, yalnız ödəmə mənbəyində 2 faiz verginin tutulması nəzərdə tutulur.

Həmin platforma vasitəsilə həssas qruplardan olan şəxslərin hazırladıqları əl işləri vahid onlayn platforma üzərindən daha geniş auditoriyaya çatdırılacaq. Bu isə onların özünüməşğulluq bacarıqlarının inkişafına və cəmiyyətin iqtisadi həyatında fəal iştirakına real imkan yaradacaq. Hazırda portala 250-yə yaxın əl işi yerləşdirilib və Azərbaycan, rus və ingilis dillərində məlumatlar daxil edilib. Pilot layihəyə həmçinin xüsusi “Müyəssərlik menyusu” quraşdırılıb ki, bu da görmə məhdudiyyətli və disleksiyadan əziyyət çəkən şəxslər üçün istifadəni asanlaşdırır.

Pilot layihənin 1 il müddətində nəzərdə tutulduğu, gələcəkdə bu platformanın əhatə dairəsinin genişləndirilməsi, ölkə üzrə həssas qruplardan olan digər şəxslərin də bura cəlb olunmasının planlaşdırıldığı vurğulanıb. Layihənin dizayn və proqram təminatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinə, texniki dəstək və ödəniş həllərinin icrası isə "CIBPAY" MMC və "CIB BUSINESS" MMC-yə məxsusdur.

Konfransda həmçinin Mərkəzin ölkə daxilində və beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlər və 2026-cı ilin hədəfləri barədə məlumat verilib, media nümayəndələrinin sualları cavablandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Yanvar 2026 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see440

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see274

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see209

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see204

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see187

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see186

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see185

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see181

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see176

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see175

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see155

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see155

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see152

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see148

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see142

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see138

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri