Icma.az
close
up
RU
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində daha bir inklüziv tamaşanın təqdimatı olub

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində daha bir inklüziv tamaşanın təqdimatı olub

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 16 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrının hazırladığı “Axtarış” tamaşasının premyerası olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, incəsənət xadimləri iştirak ediblər. Qonaqlar əvvəlcə Mərkəzin təlimçi və benefisiarlarının əl işləri ilə tanış olublar.

Tamaşadan əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ƏSA Teatrının kollektivini yeni yaradıcılıq uğurları münasibətilə təbrik edib. O, hazırlanmış yeni tamaşanın bir sənət hadisəsi olmaqla yanaşı, cəmiyyətdə sosial bərabərlik, inklüzivlik və mənəvi dəyərlər naminə atılan mühüm addımların parlaq nümunəsi olduğunu diqqətə çatdırıb.

Nazir bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial ədalətə, inklüzivliyə və hər bir fərdin potensialının reallaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar həyata keçirilir. Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətə və həssas əhali qruplarına göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında mühüm rola malikdir. Onun təşəbbüsü ilə 4 il əvvəl yaradılmış DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də həssas qruplardan olan şəxslərin yaradıcı potensialının təkmilləşməsinə və inklüziv inkişafa önəmli dəstək verir.

Anar Əliyev nazirliklə ƏSA Teatrının sıx əməkdaşlığı çərçivəsində teatrın son illər “Göy quş”, “And”, “Qonşu”, “Hamlet”, “Nəsimi ili”nə həsr olunmuş antrepriza, yeni təqdim olunan “Axtarış” kimi səhnə əsərlərini ərsəyə gətirdiyini vurğulayıb. İnklüziv təşəbbüslərin davamlı olacağına, cəmiyyətimizdə inklüzivlik, yaradıcılıq və humanist dəyərlərin daha da möhkəmləndirilməsinə bir təkan verəcəyinə əminliyini ifadə edib.

Böyük mütəfəkkir Fəridəddin Əttarın “Quşların dili” və Alber Kamyunun “Anlaşılmazlıq” əsərləri əsasında hazırlanmış, fərqli dövrlərdə yaşayıb yaratmış iki müəllifin bir-birinə zidd fəlsəfi düşüncələrinin səhnə qarşılaşması olan tamaşa böyük maraqla qarşılanıb.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları və əməkdaşlarının da rol aldığı “Axtarış” tamaşasının quruluşçu rejissoru ƏSA Teatrının təsisçisi və rəhbəri Nihad Qulamzadə, prodüser Nicat Qulam, ikinci rejissoru Səmayə Ağayarova, işıq rəssamı Binyamin Sailov, geyim tərtibatçısı Nübar Hüseynova, səhnə tərtibatçısı Tamerlan Abdullayev, multimedia meneceri Famil Mahmudbəylidir. Yaradıcı heyətə əlilliyi olan və olmayan peşəkar aktyorlar cəlb edilib.

Əsas rollarda xalq artisti Mehriban Zəki, Səmayə Ağayarova, Elşən Əsgərov, Elsevər Rəhimov, Lalə Süleymanova, Elvin Mirzəyev, Aydan Ağazadə, Fərid İsmayılov, Gülnar Əlfidatlı, Səadət Abbasova, Sərxan Nəciyev və Bəhram Rəhimli çıxış ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 May 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see756

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see226

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see143

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see137

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see137

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see136

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see130

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri