Icma.az
close
up
RU
Dostları aktyor Ənvər Həsənovu kino aləminə göndərilən VERGİ adlandırdılar

Dostları aktyor Ənvər Həsənovu kino aləminə göndərilən VERGİ adlandırdılar

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ənvər bir evdən yox, bir eldən gedən sənətkardır".

Bu sözləri Oxu.Az-a Xalq artisti Ənvər Həsənovun 40 mərasimində Xalq artisti Ənvər Həsənovun dostu, yazıçı publisist Əlizaman Yelmaroğlu deyib.

O bildirib ki, Ənvər Həsənov Azərbaycan mədəniyyətinə və kinosuna kifayət qədər töhfə vermiş bir şəxsdir:

"Ənvər mənim üçün çox əziz adam olub. Aramızda çox səmimi dostluq var idi. Bizim dostluğumuz duz-çörəkdən keçib. O, yaşca məndən çox böyük olsa da, amma hər zaman mənə sirdaş olub.

Ənvər bir evdən getmədi, eldən gedən sənətkar oldu. Onun sədaqətindən, dostluğundan, xüsusi keyfiyyətlərindən çox danışmaq olar. Ənvər haqqında saysız qələm lazımdır ki, onu yazıb bitirəsən".

Əlizaman Yelmaroğlu Ənvər Həsənovun son günləri barədə də məlumat verib:

"Hər gün bizim telefon əlaqəmiz olurdu. O, xəstəxanaya müalicə üçün yerləşdiriləndən sonra vəziyyəti pisləşdi. Ölümü də bir möcüzə oldu. 75 yaşı olacaqdı.

Həkimlər də deyirdilər ki, bədən cəhətdən çox sağlam adam idi. O, Qarabağ müharibəsini, Əfqanıstanı görmüşdü. Yalnız kinoşünas deyildi, həm də real bir vətəndaş, xalqını, elini, millətini sevən biri idi".

Kinoaktyor Rafiq Əzimov hesab edir ki, Ənvər Həsənov kino aləminə bir vergi idi:

"Kino aləminə gəlişini öz dilindən belə eşitmişəm: rəhmətlik Arif Babayev onu uşaq yaşlarında İçərişəhərdə görüb bəyənmiş və sənətə gəlməyə tövsiyə etmişdi. Ənvərin bir Firuz adlı qohumu da, anasına "Ənvər gözəl, göyçək oğlandı, kinoaktyorluq məktəbinə getsin" deyə məsləhət verib. O vaxt Ənvərin cəmi 14 yaşı var idi. Hökumət Evində yerləşən kinoaktyor məktəbinə ərizə yazıb, müraciət etdi. Adil İsgəndərov, Mehdi Məmmədov, Hökümə Qurbanova, Leyla Bədirbəyli kimi böyük sənətkarlar ondan imtahan götürüb. İlk dəfə müraciət edənlər arasında 852 nəfər vardı. İmtahanlardan sonra dedilər ki, üç günə siyahı asılacaq. İmtahandan sonra onlardan 53 nəfəri qaldı. Ənvər deyirdi ki, siyahıda adını gördükdə, elə bil bütün dünya ona bağışlanmışdı. İki il yarım burada dərs aldı. O vaxt hələ yeni kinostudiya açılmamışdı, köhnə kinostudiya fəaliyyət göstərirdi. Burada böyük sənətkarların çəkilişlərinə həm asistent, həm də ədəbi köməkçi və rejissor köməkçisi kimi qatıldı. Ustad müəllimlərdən dərs alaraq sənətin zirvəsinə doğru irəlilədi. Ənvərin kino aləmində tanınmasında Arif Babayevin çəkdiyi "Uşaqlığın Son Gecəsi" filmi mühüm rol oynadı. Bu filmdə o, "Murad" obrazını canlandırdı. Hətta Ənvər Murad adını nəvəsinə vermişdi. Ondan əvvəl "Səma dənizi" filmində də həm assisent, həm aktyor kimi fəaliyyət göstərmişdi, amma onu tanıdan məhz "Murad" obrazı oldu".

O, Ənvər Həsənovun həyatına ayrıca bir film çəkməyin mümkün olduğunu söyləyib:

"Biz Ənvəri "ceyran" adlandırırdıq. "Yeddi Oğul İstərəm" filmində Cəlal obrazını canlandıranda da, həqiqətən, at çapmaqda və ölüm səhnələrində fərqlənmişdi. İki dəfə ölümdən dönüb. Bir dəfə at çaparkən təhlükə zamanı işıqçı Akif onu xilas etmişdi.

Ənvər, həqiqətən də böyük bir sənətkar idi. Son illərdə bir qədər əziyyət çəkirdi, düşünürdü ki, bəlkə də layiq olduğu qiyməti almır. Amma şükürlər olsun ki, dövlətimiz və hörmətli Prezidentimiz İlham Əliyev onun sənətini qiymətləndirdi. O, Xalq artisti adı aldı və Prezident təqaüdü ilə mükafatlandırıldı.

Təəssüf ki, bu qiymətə daha uzun müddət sevinə bilmədi".

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Aprel 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri