Icma.az
close
up
RU
Dostların faciəvi ölümü ilə bağlı sensasiya Mümkünsüzdür, kimsə elə bil...

Dostların faciəvi ölümü ilə bağlı sensasiya Mümkünsüzdür, kimsə elə bil...

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakının Sabunçu rayonunda məclis quran dörd dostun həyatını itirməsi ötən il paytaxtdakı otellərdən birində bənzər formada ölən dostlarla bağlı məsələni gündəmə gətirib. Belə ki, Sabunçudakı hadisədə şəxslərin spirtdən zəhərləndiyi ehtimal olunur. İlkin məlumata görə, kimliyi məlum olmayan dostlar bir yerdə texniki spirt qəbul ediblər.

Xatırladaq ki, ötən il mayın 6-da Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən “My Music” otelində dörd nəfərin viskidən zəhərləndiyi iddia edilmişdi. Sözügedən faciəvi faktlar spirtli içkilərdən zəhərlənmə halları ilə bağlı müzakirələrə səbəb olub.

Alkoqollu içkilər hansı hallarda ölümə yol açır?

Globalinfo.az-a danışan qida üzrə mütəxəssis Ağa Salamov deyib ki, bəzən qida üçün nəzərdə tutulmayan spirtli içkilərdən zəhərlənmə halları baş verir:

Ağa Salamov

“Bura metil spirti də daxildir. İşbazlar daha çox gəlir əldə etmək üçün bundan istifadə edirlər. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bunların qarşısını almağa çalışsa da, bəzilərində vicdan hissi yoxdur. Metil spirtindən hazırlanan içkilərdən qida zəhərlənmələri olur. Bu cür içkiləri seçmək mümkündür. Belə ki, etiketləri düzgün vurulmur və ya iki butulkanı yan-yana qoyanda əyrilik hiss edilir. Bundan əlavə, qapaqların bağlanmasında da deformasiyalara rast gəlirik. Ümumiyyətlə sağlamlıq üçün spirtli içkilər qəbul etməmək daha yaxşıdır. Lakin edirlərsə, heç olmasa sözünü demiş markalara, arxayın olduqları zavod məhsullarına müraciət etsinlər. İnsanlar araşdırmırlar, nə gəldi alıb yeyirlər, içirlər. Ona görə də zəhərlənmə halları baş verir. Ümid edirəm, istehlakçılar bundan sonra daha ayıq olacaq və məhsulların hazırlanma şərtlərini öyrənəcəklər”.

Şərabçı, professor Vüqar Mikayılov isə deyib ki, insanın içkidən zəhərlənməsi qeyri-mümkündür:

Vüqar Mikayılov

“Bir adam zəhərlənmək üçün minimum 1 litrdən çox içki içməlidir. Viskidən zəhərlənmə digər məhsullardan zəhərlənmə ehtimalıdan çox azdır. Ümumiyyətlə Azərbaycanda hansı hadisə olur-olsun hamısını spirtli içkinin üzərinə atırlar. Elə bil kimsə şərabçılığın, alkoqollu içkilər sahəsinin əleyhinədir, inkişafdan qalmasının tərəfdarıdır. Halbuki öz məhsullarımız istər Rusiya, istər Belarus və digər yerlərin içkilərindən keyfiyyətlidir. Zəhərlənmə içkidən olubsa, bunun analizləri göstərilməlidir. “Texniki spirt” yazıblar, amma nə olduğunu bilmirlər”.

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Fevral 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri