Icma.az
close
up
RU
Dostların söyüş üstündə mübahisəsi qanla bitdi TƏFƏRRÜAT

Dostların söyüş üstündə mübahisəsi qanla bitdi TƏFƏRRÜAT

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Bakının Binəqədi rayonunda gənclər arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Orxan tanışı Kamran İbrahimovun yüksək səslə danışmasına və onun ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan yaşadığı evdən götürdüyü bıçaqla ona zərbələr vurub.
Hadisəni törədən Orxanın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Orxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü içkili halda Kamranla birlikdə yaşadıqları məhəlləyə gedib: “Bu zaman yolda Kamran söyüş söydüyü üçün ətrafda yaşayan qonşulardan bununla bağlı ona iradını bildirib. Mən Kamranı oradan uzaqlaşdırdım. Bir az irəlidə Kamran  qonşu irad bildirərkən nə üçün onu müdafiə etmədiyimi dedi və bu səbəbdən məni vurdu. Daha sonra isə söyüş söyməyə başladı. Bu vaxt gedərək evdən bıçaq götürdüm və geri qayıtdım. Kamrana bir bıçaq zərbəsi vurdum”.
İbtidai istintaq zamanı ifadə verən təqsirləndirilən şəxs qeyd edib ki, zərərçəkmiş şəxs onun dostudur, onunla bir məhəllədə yaşayır, aralarında dost kimi normal münasibət olub: “Hadisə günü, saat 23 radələrində Kamranla birlikdə Binəqədi qəsəbəsində yerləşən “Texas” adlanan kafedə spirtli içki olan pivə içməyə başladıq. Adama 4-5 bokal pivə içdikdən sonra Kamranla birlikdə kafedən çıxdıq və evimizə tərəf küçə ilə piyada hərəkət etməyə başladıq. Kamran küçədə yüksək səslə söyüş söydüyü zaman, xatırlamadığım evlərin birindən bir nəfər əvvəllər tanımadığım şəxs bayıra çıxdı, gecə saatlarında hamının yatdığını bildirdi, küçədə yüksək səslə söyüş söyməsini Kamrana irad tutdu. Mən də Kamrana həmin şəxsin doğru dediyini, küçədə nəyə görə söyüş söydüyünü bildirdim. Kamranla aramızda sözlə mübahisə  yarandı. Kamran nə səbəbdən onun tərəfini tutmadığımı, həmin şəxsin cavabını nəyə görə vermədiyimi dedi, məni vurdu. Mən də evə daxil olaraq bıçaq götürdüm, geri qayıdaraq ona bıçaqla bir dəfə zərbə vurdum. Kamranı bıçaqla vurduqdan sonra, o, qışqırmağa başladı. Kamranın səsinə atası evdən çıxaraq, bizə yaxınlaşdı. Mən atasının yaxınlaşdığını gördüm və qaçaraq evə girdim. Evdə nə etdiyimi anladım, sağ əlimdə olan həmin bıçaqla iki dəfə sol döş qəfəsimə zərbə endirdim. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəldi. Onlar hadisə yerini müayinə etdilər. Mən də Kamrana və özümə xəsarət yetirdiyim həmin bıçağı polis əməkdaşlarına təhvil verdim”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Orxan 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, müvəkkilinin əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini, cəzasının yüngülləşdirilməsini istəyib.
Bu şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, şikayət əsaslı hesab edilməyib və hökm qüvvəsində saxlanılıb. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Sentyabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri