Icma.az
close
up
RU
Dəmir satışı üstündə mübahisə qanla bitdi TƏFƏRRÜAT

Dəmir satışı üstündə mübahisə qanla bitdi TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Sabunçu rayonunda iki nəfərin mübahisəsi bıçaqlanma ilə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin noyabrın 15-də rayonunun Ramana qəsəbəsi, 9-cu mədən küçəsindəki yolun kənarında baş verib. 
Ağsu rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Ağasadiq oğlu həmin ünvanda tanışı Şirin adlı şəxslə mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmiş şəxsin ona məxsus dəmir əşyaları satıb və  pulunu ona  verməməsi barədə olub. 
Habelə zərərçəkmiş şəxsin ona yalan deməsini cüzi səbəb kimi bəhanə edib. Elvin heç bir söz demədən vintaçanla iki dəfə Şirinin qarın və döş nahiyələrindən vurub.
Elvinin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elvin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Şirinlə bir yerdə işləyiblər: “Biz dəmir yığıb satmışıq, həmin dəmirdən gələn pulu bölürmüşük. Bir gün gördüm ki, mallar yoxdur və bunu Şirindən soruşdum. O, da dedi ki, malları satıb. Mən də pulu istədim. Cavabında isə Şirin mənə aid pulu verməyəcəyini söylədi. Bu səbəbdən aramızda dava düşdü. Mən də atvyorka ilə Şirini vurdum”. 
Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, 2013-cü ildə Dağıstan Muxtar Respublikasında soyğunçuluq etdiyi üçün həbs olunub və 2023-cü ilin yay aylarında cəzasını çəkərək həbsdən çıxıb: “Daha sonra Azərbaycana “deport” olundum. Təxminən 1-2 aydır ki, “Fərid” deyə çağırdığımız, əsl adı Şirin olan şəxsə kimsəsiz olduğu üçün ona öz yanımda iş verdim. Onu fəhlə kimi çalışdırdım, pulunu da verdim”. 
Məhkumun sözlərinə görə, 2024-cü il tarixdə axşamçağı ona məxsus dəmirlər və digər əşyaları Şirinin kirayə qaldığı evin həyətinə yığıb: “Şirinə həmin əşyaları həyətində saxlamasını söylədim. Amma sabahı gün Şirinin həmin əşyaları satmasını öyrəndim. Bu səbəbdən Şirinlə telefonda danışaraq onu yaşadığı küçəyə yaxın yerə çağırdım. Küçədə onunla görüşdüm, əşyalarımı satdığı üçün pulumu verməsini dedim. Ona problem yaratmamasını, pulumu verməsini bildirdim. Şirin bu zaman dedi ki, satmışam, yaxşı eləmişəm, pul da vermirəm. Bundan əsəbləşərək usta işlədiyim üçün üzərimdə olan vintaçanla onun bədən nahiyəsinə tərəf 1-2 dəfə zərbə atdım. Şirin həmin zərbələrdən qaçdı. Lakin bir zərbə onun mədəsinə dəydi. Bu zaman Şirin aşağı əyildi. Mən həmin vaxt bir zərbə də onun sol döş qəfəsindən vurdum. Sonra hadisə yerindən qaçdım. Bir qədər sonra narahat qaldığım üçün dostum Rasimə Şirinə zəng etməsini, ona kömək etməsini dedim. Rasim Şirinlə danışdı onun yanına getdi. Bu zaman özüm də Şirini vurduğum yerə getdim. Orada üzərindəki vintaçanı kolların dibinə atdım, Şirinlə Rasimi tapdım. Zərərçəkmiş xəstəxanaya getmək istəməsə də, onu məcbur edərək taksi axtardım, onu xəstəxanaya aparmağa çalışdım. Bu zaman məhəllədə tanımadığımız bir-iki nəfər də gördüm. Həmin şəxslər də bizə kömək edərkən Şirin həmin adamlara onu kimin vurmasını demədi, tanımadığı şəxs tərəfdən bıçaqlanmasını bildirdi. biz taksi tapa bilmədik. Sonda Təcili Tibbi Yardım çağırdıq. Təcili Tibbi Yardım  avtomobili gələrkən mən digər tanımadığım  məhəllə uşaqları ilə Şirini xəstəxanaya gətirdik. Orada həkimlərə və polislərə hadisəni özüm törətməyimi deyə bilmədim. Sonra isə polis əməkdaşları məni tutdular”.
İş üzrə zərərçəkmiş Şirinin ifadəsinə görə, Sumqayıtda kirayədə qalıb və bir müddət işsiz olub: “Dostlarım mənə dedi ki, usta var, yanında işlə. Mən də razılaşdım. Sonra bir müddət təqsirləndirilən şəxslə işləməyə başladım. Bu ərəfədə isə satmaq üçün yığılmış dəmiri icazə almadan satdım. Bununla bağlı aramızdan mübahisə oldu. Söhbət etdiyimiz zaman təqsirləndirilən şəxs vintaçan ilə məni vurdu. Aramızda olan söhbət təxminən 15 dəqiqə çəkdi. Məni xəstəxanya başqa uşaqlar aparıb. Təqsirləndirilən şəxs isə sonradan gəlib. Ondan şikayətçiyəm, maddi ziyanın əvəzi olaraq 4000 manat pul verilsə barışaram”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elvin 8 il müddətinə azadlıqdan məhrum edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Avqust 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see673

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see364

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see186

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see178

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see174

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see172

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri