Icma.az
close
up
RU
Dostlarını heyran qoyan rəssam O, təhsilini niyə yarımçıq qoydu?

Dostlarını heyran qoyan rəssam O, təhsilini niyə yarımçıq qoydu?

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Bu gün Xalq rəsasamı Böyükağa Mirzəzadənin anım günüdür.

Kulis.az Flora Xəlilzadənin "Sənətin böyük Ağası" yazısını təqdim edir.

Qəribə səslənsə də, bu fikir bizim deyil. Görkəmli heykəltaraş Ömər Eldarov bu sözləri dərin ehtiram və məhəbbətlə bir xalq rəssamı haqqında söyləyib: "Böyükağa Mirzəzadə - Böyük Ağadır. Sənətin, həqiqətən, böyük Ağası".

Azərbaycan milli rəngkarlıq məktəbinə Avropa ruhunu gətirərək onun daha da zənginləşməsinə nail olan Böyükağa Mirzəzadə XX əsrin yetirdiyi çox istedadlı bir rəssam idi. Onun əsərlərini seyr etdikcə heyrətlənməyə bilmirsən. Bu görkəmli fırça ustası klassik ənənələrlə müasir standartları birləşdirərək Avropa rəngkarlığını elə məharətlə Azərbaycan təsviri sənətinə uzlaşdırıb ki, hər hansı bir mənzərənin, peyzajın, portretin, natürmortun qarşısında xeyli dayanaraq düşüncələr aləminə dalırsan.

Rəssam bu əsərində nə demək istəyir - sualı ilə hər bir rəngli dünyanın sirli nağılını açmağa çalışırsan. Bəzən bu sualların cavabı çox asan tapılır. Bəzən isə uzun müddət fikirləşməli və araşdırmalı olursan. Böyükağanın bəxti onda gətirmişdi ki, uşaqlıq dostları Mikayıl Abdullayev, Muxtar Cəfərov (sonradan Azərbaycanın böyük sənətkarı olacaq insanlar) ona ağıllı məsləhətlər verir, doğru yol göstərirdilər. Elə bu insanların da məsləhəti ilə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyan Böyükağa Mirzəzadə yaradıcılığa erkən yaşlarında başlayıb. Onun hələ gənclik illərində rəngkarlıq, qrafika rəssamlığı və digər janrlarda, müxtəlif mövzularda yaratdığı əsərlər qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizə daxil olub. Bu elə bir dövr idi ki, Azərbaycan incəsənətinin gələcək klassikləri olacaq istedadlı gənclər çoxluq təşkil edirdi.

Səhnə arxasında (1972)

Texnikum təhsili ilə kifayətlənməyən Böyükağa Mirzəzadə Surikov adına Moskva Dövlət İncəsənət İnstitutuna daxil olub. Lakin təhsilini sonadək davam etdirmək müşkülə dönüb. İkinci dünya müharibəsinin başlanması Azərbaycandan kənarda ali məktəblərdə təhsil alan tələbələrin, demək olar ki, əksəriyyətinin geriyə - Vətənə qayıtmasına səbəb olub. Böyük arzularla Moskva mühitində oxumağa, işləməyə can atan Böyükağa Mirzəzadə də təhsilini yarımçıq qoyub. Mütəxəssislər yazırlar ki, qısa müddət ərzində Moskva ali məktəbində öyrəndikləri Böyükağa Mirzəzadənin köməyinə çatıb. O, rəng və fırça ilə işləməkdə çox sərbəst idi. Bu da faktdır ki, Azərbaycanda peşəkar rəssamlıq məktəbinin əsasını qoyanlardan biri də elə Böyükağa Mirzəzadədir. Onun bir yaxşı keyfiyyəti var idi ki, həm özü öyrənirdi, həm də başqalarını öyrətməkdən zövq alırdı. Müharibə illəri ağır idi. O zaman ancaq tematik rəsmlər dəb sayılırdı. Bu səbəbdən də Böyükağa Mirzəzadənin fırçasından çıxan əsərlərdə zəhmətkeş insanın tərənnümü, xüsusilə də neftçilərin həyat tərzi, əməyi onun bu dövr yaradıcılığında əsas yer tuturdu. Ən uğurlu əsərləri "Estakada", "Yeddi gəmi adası", "Neft avadanlığının daşınması", "Göy dəniz" və sairə sayılırdı. Neftçilərlə bağlı neft mövzusunda rəssamın işləməsi təsadüfi deyildi. Bəllidir ki, müharibə illərində qazanılan qələbədə Azərbaycan neftçilərinin xüsusi fədakarlığı və qəhrəmanlığı var.

Ötən əsrin ortalarında Böyükağa Mirzəzadə yaradıcılığında əsas yerlərdən birini də portret janrı tuturdu. Onun bu sahədəki fəaliyyəti xüsusi diqqət çəkirdi. O, elə insanların portretlərini işləyib ki, həmin şəxsiyyətlərin Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin inkişafında böyük xidmətləri var. Maestro Niyazinin, Səttar Bəhlulzadənin, Şəmsi Bədəlbəylinin, Lətif Kərimovun, Mirəli Seyidzadənin, Xəyyam Mirzəzadənin yağlı boya ilə çəkdiyi portretləri olduqca məzmunludur. Bu yaradıcı insanların daxili aləmini, duyğu və düşüncələrini zahiri görünüşdə rənglərin dili ilə ustalıqla ifadə etməyi bacaran Böyükağa Mirzəzadə bu seriyadan müxtəlif əmək adamlarının, həm də həyat yoldaşının, yaxın dostlarının da portretlərini yaradıb. Onun portret sahəsindəki diqqətçəkən fəaliyyətindən biri də avtoportret janrında çox işləməsidir. Bəlkə də rəssamı öz həmkarlarından fərqləndirən elə bu cəhətdir ki, avtoportret yaratmaqda bənzərsizdir. Hər bir əsərin məqsəd və məramı var. Ovqatdan asılı olaraq yaradılmış avtoportretlərdə unudulmaz rəssamın təkcə bioqrafiyası, ömür yolu deyil, iç dünyası, ətraf aləmə münasibəti, kədəri və sevinci də əks olunub. O, kətan üzərində rənglərdən elə bir səmimiyyət əks etdirən, həyəcan bildirən hallar yaradıb ki, sanki rənglərin zərif və həzin danışığını eşidirsən.

Çəltik yığımı

Böyükağa Mirzəzadə natürmort çəkməyi çox sevərdi. "Sarı güllər", "Tüstü ilə natürmort", "Dolça ilə natürmort", "Qızılgüllər", "Güllərlə natürmort", "Bankalı natürmort" kimi əsərlər rəssamın yaradıcılığında xüsusi yer tutur. Böyükağa Mirzəzadənin güllərlə bağlı xeyli sayda natürmortu var. Bəzən kətan, bəzən də karton üzərində yağlı boya ilə həyat verdiyi bu gül dünyasında bəlkə min bir rəngdə təbiət gözəlinin xoş görüntüləri yaradılıb. Rəssam rənglərin xüsusiyyətlərini, onların bir-biri ilə sintezindən yaranan yeni görüntüləri o qədər gözəl bilirdi ki... Elə buna görə də onun natürmortlarındakı güllərin əlvanlığı çox gözəl olurdu.

Rəssamın mənzərələri də baxımlıdır. Xüsusilə də Abşeronla bağlı əsərlərində dənizin səsi eşidilir, Qız qalasının əzəməti duyulur, Bakı kəndlərinin özünəməxsusluğu əks olunur. Bir sözlə, əsərlərində Abşeronun gözəllikləri dilə gəlir. Azərbaycanın elə bir guşəsi yoxdur ki, Böyükağa Mirzəzadə öz fırçasını o ünvanlara yönəltməsin. Xarici ölkələri dolaşdıqca aldığı təəssüratlar da rəssamın yaradıcılığında öz əksini tapıb. Xalq rəssamı Tahir Salahov onun barəsində ehtiram və məhəbbətlə söyləyir: "Müəllimimiz və dostumuz olmuş Böyükağa Mirzəzadəyə Tanrı fövqəladə istedad bəxş etmişdi. O, Azərbaycan rəngkarlığına fransız rəngkarlıq məktəbinin nəfəsini - böyük impressionistlərin ruhunu gətirdi. İstedadına görə ona sonsuz minnətdaram. Şagird müəlliminə minnətdar olduğu kimi". Dünya şöhrətli bir rəssamın öz həmkarı barədə belə ürəklə və səmimi fikir söyləməsi Böyükağa Mirzəzadənin bir rəssam kimi hansı məziyyətlərə malik olduğunu təsdiqləyir.

Karl körpüsü

Xalq rəssamı, Dövlət mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü olmuş, "Şöhrət" ordenli Böyükağa Mirzəzadə həm də pedaqoji fəaliyyətlə məşğul olurdu. O, uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Rəssamlıq Akademiyasında müəllim, dosent, professor və kafedra müdiri kimi çalışıb. Onun yetirdiyi tələbələrin əksəriyyəti Azərbaycanın məşhur rəssamlarıdır. Hələ sağlığında sərgiləri təşkil olunan, əsərləri dünyanın məşhur muzeylərində qorunub saxlanan Böyükağa Mirzəzadənin 90 illik yubileyi onun dostları, həmkarları və pərəstişkarları tərəfindən ehtiramla qeyd edilir. Təqdirəlayiqdir ki, "Xalq Bank"ın həyata keçirdiyi "Xalq əmanəti" layihələrindən biri də rəngkarlıq və qrafika sənətimizin görkəmli nümayəndəsi Böyükağa Mirzəzadənin yaradıcılığına həsr olunmuşdu. Əsərlərini nəfis üslubda çap etməklə bərabər, bu məşhur rəssamın həyat və yaradıcılığı ilə bağlı həm Azərbaycan, həm də ingilis dillərində məlumatlar verilmişdir. Deyirlər ki, əsl rəssam rənglər dünyasının elə bir sakinidir ki, məhz ondan başqa heç kəs bu füsunkar aləmin özünəməxsus səsini eşidə bilmir. Rəngləri yaradıcılıq sevdası ilə duyub eşitdiyi üçün Böyükağa Mirzəzadənin ilhamla həyat verdiyi müxtəlif janrlı təsviri sənət nümunələri əbədiyaşarlıq tapıb.

Müstəqillik dövrünün ən yaxşı beş hekayəsi hansılardır? - Yazıçılar cavab verdi Üzeyir bəy "Leyli və Məcnun"u Ceyhun Hacıbəyli ilə birgə yazmışdı? - Bir xatirə yazısının pərdəarxası "Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır" - Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://kulis.az
archiveBu xəbər 03 Noyabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see285

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see234

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see223

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see199

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see190

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see183

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see178

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see171

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see168

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see163

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see162

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see161

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see158

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see145

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see140

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see140

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see140

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see137

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see136

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri