Icma.az
close
up
RU
Dostluq gələcək əməkdaşlıq üçün geniş perspektivlər vəd edir MÜNASİBƏT BİLDİRİLDİ

Dostluq gələcək əməkdaşlıq üçün geniş perspektivlər vəd edir MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

"Azərbaycan və Vyetnam arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.O bildirib ki, iki ölkə arasında dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan əlaqələr, gələcək əməkdaşlıq üçün geniş perspektivlər vəd edir.Azərbaycan və Vyetnam arasında iqtisadi-ticari münasibətlərin inkişafı üçün böyük potensial mövcuddur. Hazırda iki ölkə arasında yalnız iqtisadi artımı stimullaşdırmağa deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaratmağa yönəlmiş yeni əməkdaşlıq imkanları müzakirə olunur. Bu əməkdaşlıq hər iki ölkə iqtisadiyyatının şaxələndirilməsinə əhəmiyyətli töhfə verə bilər.Ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinin ən perspektivli istiqamətlərindən biri məhz turizm sektorudur. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması nəzərdə tutulur ki, bu da turizm proqramlarının inkişafına təkan verəcək. Bunun nəticəsində hər iki ölkə vətəndaşlarının bir-birinin zəngin mədəniyyətinə və tarixinə marağının artması gözlənilir.Azərbaycan və Vyetnam arasında mədəni sahədə əməkdaşlığın intensivləşdirilməsi də prioritet istiqamətlərdən biridir. Müştərək mədəniyyət layihələrinin həyata keçirilməsi, səhiyyə və ekologiya sahələrində humanitar missiyalarla bağlı proqramların və birgə təşəbbüslərin inkişafı hər iki ölkə üçün qarşılıqlı maraq doğuran sahələrdir.Təhsil sahəsi Azərbaycan və Vyetnam arasında əlaqələrin inkişafında xüsusi yer tutur. Azərbaycan, Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün təklif etdiyi qrantlar və təqaüdlər çərçivəsində Vyetnam tələbələrini qəbul etməyə hazırdır. Bu proqramlar akademik mübadilə, elmi tədqiqatlar və ölkələr arasında şəxsi təmasların möhkəmləndirilməsi üzrə imkanları genişləndirəcək"."Bundan əlavə, mübadilə proqramlarının reallaşdırılması və elmi-texniki sahədə əməkdaşlıq da ikitərəfli münasibətlərin inkişafı üçün perspektivli istiqamətlər kimi qiymətləndirilir.Azərbaycan və Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açılır. İqtisadiyyat, turizm, mədəniyyət, səhiyyə, ekologiya və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin maraqlarına xidmət edir və ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 May 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri