Icma.az
close
up
RU
Menu

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

“Dostluq oyunu” və neqativlər

“Dostluq oyunu” və neqativlər

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Turan Tovuz”un “Fənərbağça” ilə səbrsizliklə gözlənilən yoldaşlıq oyunu baş tutdu.

Bir neçə ay əvvəldən anons edilən matç böyük maraqla qarşılandı. Xüsusilə, “Fənərbağça”nın Bakıdakı fanatları qarşılaşmaya böyük coşqu ilə hazırlaşmışdılar.

Oyunun startına saatlar qalmış, arenanın ətrafında çoxluq təşkil edən “sarı-lacıvərdli” fanatların həyəcanı üzlərindən hiss olunurdu.

“Fənərbağça” sonuncu dəfə 1994-cü ildə ÇL matçı üçün “Turan”la qarşılaşmaq məqsədilə Bakıya gəlmişdi. Bu dəfəki səfərin böyük ajiotaj yaratması da normal idi.

Oyuna gəlincə, ilk hissəsi balanslı keçən görüşdə fasilədən sonra hər iki komanda daha aktiv oynadı. Berdıyevin yetirmələri rəqibinə qarşı yaxşı müqavimət göstərir, təhlükəli epizodlar yarada bilirdi. Bölgə təmsilçisinin heyətində ən fəal ad isə İbrahima Vadji idi.

Matçda diqqət çəkən əsas məqam Meyson Qrinvudun kobud oyunundan sonra qırmızı vərəqə almasına komandasının sərt etirazı oldu. Hətta fransalı Matteo Genduzi komandanı meydandan çıxarmaq da istəyirdi, lakin razılıq verilmədi. Əksinə, “Turan Tovuz” cəbhəsi rəqibinə dostluq oyunu fonunda jest edərək, qırmızı vərəqə alan Qrinvudun başqa futbolçuyla əvəzlənməsinə “hə” dedi.

Təcrübə və keyfiyyət fərqinin ön plana çıxdığı məqamlarda isə türklər iki qol vuraraq yoldaşlıq qarşılaşmasını qələbə ilə başa vurdular. Meydandakı oyun, stadiondakı atmosfer demək olar ki, bir-birini tamamlayırdı.

Matçın sonu isə xoşagəlməz hadisə ilə yadda qaldı. Final fitindən sonra tribunalarda fəallıq göstərən “Fənərbağça”lı azarkeşlər komandanı yanlarına çağırsalar da, 6-7 futbolçu və məşqçilər korpusundan soyuq münasibətlə qarşılaşdılar. Futbolçular candərdi tribunaya tərəf yollandı, yaxınlaşmadan, şüarlar səsləndirilməmiş geri qayıtdılar. Bəzi oyunçular isə final fitindən sonra birbaşa paltardəyişmə otağına üz tutdular.

“Turan Tovuz”un bir neçə gün əvvəl voleybol komandasının oyununa görə liqa matçının yerini dəyişməsi narazılıq yaratmışdı. Voleybolun futbolu üstələməsi birmənalı qarşılanmamışdı. Klub bunu təşkilatı məsələlərlə əlaqələndirmiş, ictimaiyyətə müəyyən qədər aydınlıq gətirə bilmişdi.

Amma “Fənərbağça” ilə matç klubun böyük futbol tədbirlərinə təşkilati baxımdan hazır olmadığını göstərdi.

Oyunöncəsi akkreditasiya elanında hər mətbuat orqanından bir nəfərə vəsiqə veriləcəyini bildirən klub bunu yerlərin məhdud olması ilə əlaqələndirmişdi. Buna baxmayaraq, media sektorunda kifayət qədər jurnalist olmadığı halda vəsiqə əldə edərək arenada yer tutanlar var idi.

Daha pis vəziyyət isə miks-zonada yaşandı. Media mənsubları iki komandanın futbolçularını gözləyir, onlardan müsahibə almaq istəyirdilər. Amma nə gələn oldu, nə də danışan.

Mühafizəçilər əvvəlcə mik-zonada sıxlıq olduğuna görə futbolçuların gəlmək istəmədiyini bildirdilər. Doğrudur, orada elə bir sıxlıq var idi ki…

Jurnalistlər üçün ayrılan ərazidə kimisi forma imzalatmaq, kimisi şəkil çəkdirmək üçün növbə gözləyirdi. Bir neçə azyaşlı uşaq da necəsə miks-zonada yerini almışdı…

Nəzarətsizlikdən “miks”də xaos yaranmışdı.

“Fənərbağça” tərəfi meydandakı gərginlikdən sonra mediaya qarşı da soyuq davranışı ilə diqqət çəkdi. Dəhlizdə klub nümayəndəsi futbolçuları yönləndirir, bəzilərini media qarşısından, digərlərini isə arxa tərəfdən keçirirdi. U-19 komandasının üzvləri media önündən keçir, kollektivin ulduzları isə arxa tərəfdən bir-bir uzaqlaşırdı. Futbolçular miks-zonaya dəvət edilsə də, nə gələn oldu, nə də üzünü çevirib baxan. Beləcə, pozitiv anlarla başlayan dostluq oyunu mənfi məqamları daha çox olan xatirələrlə yekunlaşdı.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 04 Oktyabr 2026 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see338

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see306

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see293

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see290

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see281

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see281

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see248

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see244

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see209

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see208

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see204

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see202

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see200

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see197

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see194

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see192

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see189

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see186

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see166

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri