Icma.az
close
up
RU
Dostluq və diplomatik münasibətlərdən strateji tərəfdaşlığa

Dostluq və diplomatik münasibətlərdən strateji tərəfdaşlığa

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Diplomatik əlaqələrinin qurulmasının 30 illiyi ərəfəsində olan Azərbaycan–Serbiya münasibətləri son 10 ildə xüsusilə sürətli inkişaf dövrü keçib. Bakı–Belqrad əlaqələrinin qarşılıqlı faydalı əməkdaşlıq, dostluq və strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməsində hər iki ölkənin rəhbərliyinin ortaya qoyduğu siyasi iradə və prinsipial mövqe mühüm rol oynayır. Azərbaycan və Serbiya prezidentlərinin yaxın dostluq əlaqələri də iki ölkə arasında münasibətlərin arzuolunan səviyyədə inkişaf etməsində mühüm faktorlardan birini təşkil edir. Məhz bütün bunların nəticəsidir ki, son illərdə Azərbaycan ilə Serbiya arasında münasibətlər dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Müntəzəm olaraq baş tutan yüksək səviyyəli qarşılıqlı səfərlər Bakı–Belqrad əlaqələrinə yeni rəng qatır, yeni əməkdaşlıq imkanları qazandırır. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Serbiyaya rəsmi səfəri də bu baxımdan xüsusi önəm kəsb edir, desək, yanılmarıq. Hər halda, prezidentlər səviyyəsində baş tutan görüşdə hər iki ölkə liderinin qarşıdakı dövr üçün yeni əməkdaşlıq imkanları haqqında səsləndirdiyi fikirlər belə qənaət formalaşdırırdı.
Hazırda Serbiya ilə Azərbaycan arasında əlaqələrə diqqət yetirsək, görərik ki, Bakı–Belqrad münasibətlərində əsas diqqət suverenlik və ərazi bütövlüyünə hörmət prinsipinə yönəlir. Prezidentlər səviyyəsində baş tutan intensiv görüşlər və səfərlər, hökumətlərarası komissiyanın fəaliyyətinin intensivliyi siyasi əlaqələrin davamlılığını təmin edir.
Azərbaycan və Serbiya beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini heç bir şərt olmadan dəstəkləyir. Bu da, öz növbəsində, iki ölkə arasında əməkdaşlığı uzunmüddətli və etibarlı edir. Etibarlılıq və qarşılıqlı anlaşma, öz növbəsində, iqtisadi-ticari əlaqələri də inkişaf etdirir və bu sahədə hər iki ölkə üçün yeni imkanlar açır. Eyni zamanda, gələcək planları müəyyənləşdirir.
Elə Prezident İlham Əliyev də serbiyalı həmkarı ilə keçirdiyi görüşün yekunu olaraq mətbuata verdiyi açıqlamada buna xüsusi diqqət çəkərək dedi ki, gələcək planlarda həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq daha irəliyə baxmaq və çox güclü bir sinergiya yaratmaq dayanır.
Azərbaycanla Serbiya münasibətlərində enerji sahəsində əməkdaşlıq əsas istiqamətlərdən birini təşkil edir. Birmənalıdır ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bunu Belqrad da yaxşı dərk edir və özünün enerji təhlükəsizliyi üçün Bakıya etibarlı tərəfdaş kimi baxır. Bu sahədə əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsində hər iki tərəf üçün fayda var. Təbii qaz tədarükünün genişləndirilməsi, qaz infrastrukturunun inkişafı və uzunmüddətli enerji müqavilələri gündəmdədir.
Eyni zamanda, bərpa olunan enerji sahəsində əldə etdiyimiz uğurlar, ölkəmizin nəqliyyat və logistika imkanları, Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi də Belqradın Bakıya olan marağının artmasını şərtləndirən amillərdəndir.
Hər iki ölkənin potensialı və mövcud imkanları enerji sektorunda əməkdaşlığın daha da irəli aparılması üçün əlverişli fürsət yaradır. Elə Prezident İlham Əliyev də serbiyalı həmkarı ilə görüşdə buna diqqət çəkdi:
“Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracına başlamışıq və bu gün qərara gəldik ki, ixracın həcmini artıracağıq. İndi Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək artıq təmiz elektrikin əldə edilməsinə nail olacaq. Bu, həm Serbiya bazarı, həm də gələcəkdə ixrac üçün imkanlar yaradacaq. Bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Bu rəqəm artacaq. Çünki biz indi bir çox bərpa olunan enerji stansiyalarının tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq”.
Göründüyü kimi, Azərbaycan və Serbiya arasında münasibətlər artıq dostluq və diplomatik tərəfdaşlıq mərhələsini geridə qoyub. İndi Bakı ilə Belqrad strateji və iqtisadi inteqrasiya mərhələsinə qədəm qoyub. Bu isə hər iki ölkənin ilk növbədə maraqlarına, paralel olaraq iqtisadi inkişafına, regional əməkdaşlığın güclənməsinə və yeni investisiya imkanlarının meydana çıxmasına yol açır.
Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 Fevral 2026 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri