Icma.az
close
up
RU
Azərbaycan Vyetnam münasibətləri dostluq və səmimi tərəfdaşlığa əsaslanır

Azərbaycan Vyetnam münasibətləri dostluq və səmimi tərəfdaşlığa əsaslanır

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Prezidenti İlham Əliyevin həm beynəlxalq  tədbirlərdə verdiyi açıqlamalar, həm də müsahibələrində irəli sürdüyü tezislər hər zaman analitiklərin diqqət mərkəzində olub. Bu baxımdan ölkə başçısının Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsi maraqla izlənildi. Müsahibədə ifadə olunan fikirlər Azərbaycan- Vyetnam münasibətlərini tam şəkildə ifadə etməklə yanaşı, ölkəmizin qlobal arenadakı mövqeyini də dolğun əks etdirdi.
Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib. 

O bildirib ki, Azərbaycan liderinin qeyd etdiyi kimi ölkələrimizi yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Prezident İlham Əliyev 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-də səfərdə olduğunu və keçmiş ittifaqın rəhbərlərindən olan Ulu öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfər etdiyini diqqətə çatdırdı. Bütün bunlar isə ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi əhəmiyyət daşıdı. 
Bununla yanaşı dövlətimizin başçısı vurğuladı ki, 2014-cü ildə Vyetnam Sosialist Respublikasına dövlət səfəri  və ardınca 2015-ci ildə cənab Çıonq Tan Şanqın ölkəmizə gəlişi münasibətlərdə yeni səhifə açdı və onların gələcək inkişafına təkan verdi. Həmin vaxt Prezident Çıonq Tan Şanqın səfəri çərçivəsində  Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirildi. Bu da müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsi və inkişafı baxımdan effektli alındı. Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının yaradılması, siyasi məsləhətləşmələr, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyəti, beynəlxalq təşkilatlar, Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlığımız fonunda münasibətlər arzulanan səviyyədə davam edir.

Prezident İlham Əliyev müsahibəsində bir daha bəyan etdi ki, ölkəmiz Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir. Statistik göstəriciləri şübhəsiz ki, nikbindir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub, bu göstəriciləri gələcəkdə də artırmaq üçün ciddib potensial var və neft sahəsində də qarşılıqlı fəaliyyət mövcuddur. 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında imzalanan müqavilə qeyd olunanların təsdiqidir. Təkcə iqtisadi sektorda deyil, bütövlükdə Azərbaycanla Vyetnam arasında münasibətlərin bütün əsas sahələrdə uğurla inkişaf edir. Prezident İlham Əliyev Heydər Əliyev Fondunun Vyetnamda fəal surətdə layihələr həyata keçirdiyini, fondun vitse-prezidenti Leyla Əliyevanın dost ölkəyə səfəri zamanı vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, o cümlədən, Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşünü xatırladaraq  bunun ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf dinamikasında mühüm rol oynadığını diqqətə çatırdı.

Deputat yekunda qeyd edib ki, Vyetnam liderinin Azərbaycana qarşıdakı səfəri xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müsahibədə söylədiyi kimi bu səfəri Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirmək olar və münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 May 2025 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see126

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri