Icma.az
close
up
RU
Dostundan İsrailə qarşı gözlənilməz qərar Cəbhələr yenidən qurulur

Dostundan İsrailə qarşı gözlənilməz qərar Cəbhələr yenidən qurulur

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Böyük Britaniya ilə İsrail arasında Qəzza zolağında davam edən döyüşlərə görə diplomatik gərginlik müşahidə olunur. Yəhudi icması və İsrailə müsbət yanaşması ilə bilinən baş nazir Kir Starmerin Fələstin dövlətinin müstəqilliyini tanıya biləcəyi ilə bağlı verdiyi bəyanatlar, Qərb daxilində ciddi mövqe dəyişikliklərinin olduğunu göstərir.

Bu açıqlama beynəlxalq ictimaiyyətdə rezonans doğurub və Britaniyanın Yaxın Şərq siyasətində yeni mərhələyə keçə biləcəyi ehtimalını gücləndirib.

Rəsmi Londonun gözlənilməz mövqeyi nə ilə bağlıdır? Bu qərar İsrail-Britaniya münasibətlərinə necə təsir edə bilər?

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, Fransanın Fələstini tanıması və bu istiqamətdə israrlı fəaliyyəti yeni geosiyasi şərait yaradıb:

“Fransa çalışır ki, Avropa məkanında Böyük Britaniya və Almaniyanı öz tərəfinə çəksin. London da Yaxın Şərqdə baş verən hadisələr fonunda Təl-Əvivə qarşı mövqeyini yenidən formalaşdırır. Bu, ABŞ və Britaniya arasında fikir ayrılıqlarına səbəb ola bilər. Çünki əvvəllər hər iki tərəf vahid cəbhədən çıxış edirdi və ziddiyyət yox idi.

Həmçinin oxuyun:

Rusiyanın bu addımı Azərbaycana xüsusi xəbərdarlıqdır – Britaniyalı politoloqdan SENSASİON detallar

ABŞ Prezidenti Donald Trampın fərqli siyasət yürütməsi və öz maraqlarını önə çəkməsi, eləcə də Avropa ölkələrinə qarşı tarif siyasətinin tətbiqi onların rəsmi Vaşinqtonun siyasətindən ehtiyat etməsinə səbəb olub. Gərgin münasibətlər artıq Avropa ölkələrinin İsraillə əlaqələrinə də təsir göstərməyə başlayıb.


İlyas Hüseynov

İsrailin Qəzzada apardığı əməliyyatlar da bu proseslərlə birbaşa bağlıdır. Orada insanlıq faciəsi yaşanır və müxtəlif ölkələr humanitar yardım göstərirlər.

Avropa dövlətləri düşünürlər ki, İsrail və ABŞ-ı müdafiə etməklə bəşəriyyət əleyhinə cinayətlərə şərik olurlar. Rusiya-Ukrayna müharibəsinin bu vəziyyətə təsiri də böyükdür. Vaşinqtonun Moskva ilə danışıqlara hazır olması və Kiyevə yardımlardan çəkinməsi Avropa ölkələrini mövqelərini yenidən nəzərdən keçirməyə vadar edir”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 İyul 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see623

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see231

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see209

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see184

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see184

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see164

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see153

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see148

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see147

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri