Keçmiş dostundan Uill Smitə qarşı şok ittiham
Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Hollivud ulduzu Uill Smit cinsi zorakılıqda ittiham olunub.
Axşam.az xəbər verir ki, bu barədə “Radar Online” məlumat yayıb.
Aktyorun keçmiş dostu, musiqiçi Bilal Salam 2019-cu ildə Hollivudda keçirilən məclislərin birində Smitin ona qarşı seksual xarakterli hərəkətlər etdiyini iddia edərək onu məhkəməyə verib.
Salaam bildirib ki, hadisədən sonra aktyor ondan üzr istəyib və davranışını bir qədər sərxoş olması ilə izah edib. Həmçinin baş verənlərin ictimailəşdirilməməsini xahiş edib. Musiqiçi həmin vaxt özünü alçaldılmış, təhqir olunmuş və mümkün nəticələrdən qorxmuş hiss etdiyini söyləyib.
Uill Smitin vəkilləri isə ittihamları rədd ediblər. Onlar Salamın uzun illərdir aktyor və ailəsi haqqında əsassız və yalan iddialar irəli sürdüyünü, əvvəlki şikayətlərinin də rədd edildiyini və ya etibarsız hesab olunduğunu bildiriblər.
Qeyd edək ki, Bilal Salam Uill Smitin keçmiş həyat yoldaşı, aktrisa Ceyda Pinkett Smitlə də məhkəmə çəkişməsindədir. O, aktrisaya qarşı 3 milyon dollarlıq iddia qaldıraraq, onu şifahi təhdidlərdə və mənəvi zərər vurmaqda ittiham edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 19 Noyabr 2026 00:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















