Dövlət Agentliyi cərimə edilir
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi inzibati məsuliyyətə cəlb edilib.
Qaynarinfo-nun məlumatına görə, qurum İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə ittiham edilir.
Bu maddə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi barədədir.
Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 150, hüquqi şəxslərin isə 300 manat məbləğində cərimə edilir.
İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Fevralın 17-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçiriləcək.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 15 fevral 2016-cı il tarixində Nazirlər Kabineti yanında fəaliyyətə başlayıb. 24 noyabr 2016-cı il tarxidə isə qurum publik hüquqi şəxsə çevrilib.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevdir.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 06 Fevral 2025 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















