Icma.az
close
up
RU
Dövlət Agentliyi saytını təqdim edib

Dövlət Agentliyi saytını təqdim edib

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi təşəbbüskarı və operatoru olduğu istehlakchi.az saytını təqdim edib.

"Report"un Lənkərana ezam olunmuş müxbirinin verdiyi məlumata görə, sayt barədə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektorunun müdiri Gülnar Hüseyn məlumat verib.

Onun sözlərinə görə, layihənin əsas məqsədi istehlakçılara, xüsusilə də həssas qruplara hüquq və vəzifələri barədə məlumat verməkdir: "Sayt istehlakçılara bir növ bələdçilik edərək, onların alqı-satqı prosesində, ticarət obyektlərində və yaxud ictimai şəbəkələrdə məhsul və yaxud xidmət əldə edərkən qarşılaşdıqları problemlərin həlli üçün qanunvericiliyin təqdim etdiyi bütün təminatlardan istifadə etmələri istiqamətində üsullar və hüquqi müdafiə alətləri təqdim edir".

G.Hüseyn bildirib ki, layihə çərçivəsində inzibati orqanlarla yanaşı məhkəmə yolu ilə müdafiə vasitələrinə dair maarifləndirmə aparılır: "Eyni zamanda, mediasiya, mediatorların dəstəyi və yaxyd ictimai birliklərin yardımı kimi alternativ həll yolları da təqdim olunur. Məqsəd odur ki, istehlakçı hansı halda hara müraciət etməli olduğunu, hüququ pozularsa problemin həllini hansı inzibati orqanda və yaxud məhkəmədə axtarmalı olduğunu bilsin".

Onun sözlərinə görə, layihənin əsas bölmələrindən biri "Hara müraciət edim?"dir: "Burada ilkin olaraq sahibkarı birinci yerə qoymuşuq ki, istehlakçı və sahibkar münasibətləri qarşılıqlı etimad əsasında qurulsun. Əgər istehlakçı mal və ya xidmət alarkən problemlə qarşılaşırsa, ilk olaraq sahibkara müraciət etməlidir. Bu, vaxt itkisini azaldacaq və istehlakçının problemini çevik həll etməsinə imkan yaradacaq. Əgər sahibkar ona cavab verməkdən imtina edərsə, istehlakçı digər hüquqi müdafiə vasitələrindən istifadə edə bilər".

G. Hüseyn qeyd edib ki, layihə əsasən maarifləndirməyə yönəlib: "Gələcəkdə bu platformanın daha geniş funksionallığa malik olması planlaşdırılır. Əgər dövlət qurumları, müvafiq orqanlar və yaxud istehlakçı hüquqlarının müdafiəsində rol oynayan digər təşkilatlar təşəbbüs irəli sürsə, onların məlumatlarını da bu platformaya inteqrasiya etmək mümkündür. Məqsəd istehlakçılar üçün aydın və əlçatan məlumat mənbəyi yaratmaqdır. İstehlakçılar istədikləri informasiyanı bu saytda real nümunələr əsasında əldə edə biləcəklər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Mart 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri