Dövlət Agentliyi: Yanvar may aylarında 329 istehlakçı müraciəti təmin olunub
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 16 iyul, AZƏRTAC
Cari ilin yanvar-may aylarında təbii inhisar subyektlərinin fəaliyyətinə nəzarət tədbirləri çərçivəsində 329 istehlakçı müraciəti təmin olunub.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bunlardan 255-i rabitə, 22-si qaz təchizatı, 21-i içməli su, 15-i elektrik enerjisi, 7-si istilik enerjisi, 5-i dəmiryol nəqliyyatı, 3-ü hava yolu nəqliyyatı, 1-i poçt xidməti sahəsində olub.
Ümumilikdə isə təmin olunmuş müraciətlərin sayında ötən ilin müvafiq dövrünə nəzərən 4 dəfəyədək artım qeydə alınıb.
Təbii inhisar subyektlərinin fəaliyyəti ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə daxil olan istehlakçı müraciətlərinin hərtərəfli araşdırılması xidmət keyfiyyətinin davamlı yaxşılaşdırılması və istehlakçı hüquqlarının qorunması baxımından böyük əhəmiyyət kəsb edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 16 İyul 2025 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















