Dövlət Akademik Filarmoniya mövsümü simfonik orkestrin yubiley konserti ilə başa vurub
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 16 iyul, AZƏRTAC
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası 2024-2025-ci il konsert mövsümünə yekun vurub.
AZƏRTAC xəbər verir ki, filarmoniyanın Yay zalının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin 105 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun idarə etdiyi orkestr ilk olaraq Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”nı ifa edib.
Xalq artisti Murad Adıgözəl-zadə (piano) A.Məlikovun piano və orkestr üçün konsertindən fraqmentlər ifa edib. Onun böyük enerji dolu virtuoz ifası alqışlarla qarşılanıb.
F.Əmirovun “Simfonik rəqslər”dən “Şənlik” rəqsinin səslənməsi yubiley gecəsini daha da rəngarəng edib.
Proqramda daha sonra orkestrin ifasında Q.Qarayevin “Alban rapsodiyası” və M.Maqomayevin “Təntənəli marş” əsərləri səslənib. Bu nömrələrin ifası zamanı dirijor pultu arxasında Mustafa Mehmandarov dayanıb.
Proqramın son nömrəsi Niyazinin “Rast” simfonik muğamı (dirijor Fuad İbrahimov) olub.
Dinləyicilərin gur alqışları altında orkestr bis olaraq Niyazinin "Vals"ını ifa edib.
Konsertdən sonra çıxış edən orkestrin bədii rəhbəri və baş dirijoru Fuad İbrahimov, hər bir ifaçının peşəkar musiqiçi olduğunu vurğulayaraq, yubiley münasibətilə kollektivi ürəkdən təbrik edib.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli Dövlət Simfonik Orkestrinin fəaliyyətində xalqımızın milli musiqi irsi ilə dünya musiqisinin vəhdətinin, yüksək peşəkarlıq və sənətə sədaqətin əks olunduğunu qeyd edib. Bildirib ki, orkestrin səhnədə yaratdığı musiqi mənzərəsi həm dinləyicilərin qəlbinə yol tapır, həm də Azərbaycan musiqisinin şöhrətinin dünyaya yayılmasına xidmət edir. Bu yubiley təkcə orkestrin deyil, bütövlükdə Üzeyir Hacıbəyli tərəfindən əsası qoyulan Azərbaycan klassik musiqisinin zəngin və parlaq yolunun təntənəsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 16 İyul 2025 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















