Icma.az
close
up
RU
Milli Akademik Dövlət təbriki

Milli Akademik Dövlət təbriki

Missiya.az saytına istinadən Icma.az xəbər verir.

... BAYRAMINIZ MÜBARƏK, MİLLİ ALİMLƏR...


Sovetlər dönəmində, alimlər ocağı adı altında, postsovet ölkələrində yaradılan elm akademiyalarının alt missiyası haqda sosial mediada yetərincə məlumatlar var… Odur ki, bu yazıda həmin mövzuya girib, diqqəti əsas hədəfdən yayındırmağa ehtiyac yoxdur… Yəni, birbaşa mətləbə keçək, dünən Azərbaycan Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində iştirakına və oradakı çıxışına…


…Adının önünə “MİLLİ” sözü yazılan vətəndaşlar, bütün sahələrdə ollduğu kimi bu elm və alimlər ocağında da var. Və hər yerdə olduğu kimi, onlar da hər zaman adlarının önündəki “MİLLİ” sözünə yaranan qıcıqlardan, buna görə çəkdikləri əziyyətlərdən mənəvi olaraq yorulublar. Amma çox qəribədir, MİLLİ İNSANIN yorğunam, dözə bilmirəm deyə, öz-özün təəssüfünü pıçıldadığı anda, DÖVLƏT ƏLİNİ kürəyində hiss edir. Bu mənada, AMEA-nın 80 iilik yubiley tədbirinə, Azərbaycan Prezidenti İlham Əliyevin gəlişi həmişəkindən fərqli və məhz həmin DÖVLƏT ƏLİ İDİ. Prezidentin tribunadan Azərbaycanın milli bayramları-ZƏFƏR GÜNÜ və BAYRAQ GÜNÜ münasibəti ilə təbriki isə on il əvvəl eyni kürsüdən “diqqətimiz hər zaman akademiyanın və Azərbaycan elminin üzərindədir” xəbərdarlığının davamına olan yekun NİDAsı oldu. Başqa sözlə, AMEA da, ictimaiət də, azərbaycanlı alimlərə bu ilki təbriki düz 80 ildir gözləyirdi. Və…bundan sonra Azərbaycan alimləri,


-Ölkənin uğurlu inkişafına öz töhfələrini verəcək;


-Texnoloji inkişafa dəstək olacaq;


Çünki,


-Texnoloji, elmi inkişaf dövlətlərin və millətlərin gələcəyini təmin edir;


-Rəqəmsallaşma, kibertəhlükəsizliklə, süni intellectin inkişafı Azərbaycanın gələcəyə yönəlik hədəflərindəndir;


*
Azərbaycan gələcəyin mühim dövlətlərindəndir. Odur ki, digər orta və ail təhsil ocaqları kimi AMEA-nın da milli öhtəlikləri var:


- Milli ruhda formalaşmış, dünya getişatı və elmindən xəbərdar kadrların yetişdirmək;


-Hər bir ölkənin fiziki təhlükəsizliyinin keşiyində durmaq yönündə addımların atılmasına, KİBERVƏTƏN siyasətinə öz tövhələrini vermək;


-Həm dövlət, həm Azərbaycanın elm ictimaiyyəti bu yöndə birgə çalışacaq.


Dövlət başçısı, özü üçün də AMEA ilə bnağlı prioritetləri açıqladı. Prezidentin çıxışında:


-Dövlət qurumlarına rəqəmsallaşma, kibertəhlükəsizliklə, süni intellectin inkişafı ilə bağlı Azərbaycan alimləri ilə daha fəal işləmək tövsiyyə olundu;


-Azərbaycana qarşı kiberhücumlar təşkil edənlərin cəzasız qalmayacaqları bildirildi;


- Pilotsuz uçuş aparatlarını müharibədə birinci Azərbaycanın tətbiqi önə çəkildi, bu yöndə inkişafı zəruri hesab edildi;


-Azərbaycan dilinin qorumasının milli təhlükəsizlik məsələsi olduğunu xüsusi vurğulandı;


-Milli kimliyimizin sarsılması yönündə hər hansı addımın bağışlanmayacağı haqda ismarıc verildi;


-Qarabağ və Şərqi Zəngəzur qələbəsinin Azərbaycan tarixi və gələcəyi üçün önəmini xüsusi qeyd olundu;


-Azərbaycan tarixinin bəzi mərhələlərinin yenidən tədqiqi və təbliği vacib hesab edildi;


-Azərbaycan xalqının yaşadığı böyük coğrafiyadan, bu coğrafiyadan kənarda yaşayan azərbaycanlıların diqqət mərkəzində saxlanılmasını lazım bildiyinə işarə olundu;


-İllər öncə Ermənistanda da azərbaycanlıların yaşadığını xatırladıldı, bu yaşayışın yenidən bərpa olunacağından əminlik ifadə olundu;


- Azərbaycan dili və tarixi ilə bağlı hər hansı təxribat xarakterli davranışların diqqətdə saxlanılmasını tövsiyyə olundu.


*
Azərbaycan Prezidenti “Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti. Biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm”.


Əslində bu, Azərbaycan dilinin məişət dili səviyyəsinə endirilməsi prosesinin ciddi dairələrdən qaynaqlandığı haqda dövləti ismarıcdır. Və dövlətin bu məsələdə son dərəcə diqqətli olduğu haqda birinci şəxsin dərin məlumatlı olmasından xəbər verir.


*
Yazının əvvəlində AMEA-nın, bu böyük elm, alim ocağının yubileyi münasibəti ilə əziyyəti keçmiş hər kəsə bir təbrik ünvanladım. 80 illik yubiley tədbirində dövlət başçısının çıxış mətni ilə tanışlıqdan sonar isə, özümü də təbrik edirəm. Çünki AMEA azad oldu. 80 yaşında ahıl QOCANIN yaxşı və MİLLİ ALİM nəsli yetişdirə bilməsi üçün dövlətin birinci şəxsi qətiyyətli fikirlər səsləndirdi, vədlər verdi, prosesə əl qoydu. Bu həm də o deməkdir ki, dünyanın çox populyar “bir milləti məhv etmək üçün onun elmini və təhsilini əlindən al” davranışı da Azərbaycanda iflasa uğrayacaq.


Jalə Mütəllimova


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://missiya.az
archiveBu xəbər 04 Noyabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri