Icma.az
close
up
RU
Dövlət başçımız müsahibəsində Azərbaycanın müstəqil xarici siyasətinin uğurlarını ortaya qoymuşdur

Dövlət başçımız müsahibəsində Azərbaycanın müstəqil xarici siyasətinin uğurlarını ortaya qoymuşdur

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Namiq Əhmədov,

YAP Xəzər rayon təşkilatının sədri 

“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumu öz işini uğurla başa çatdırdı. Forumda müxtəlif çağırışlar və müzakirələrə diqqət yetirildi, xüsusilə Prezident cənab İlham Əliyev martın 13-də "Euronews" televiziyasına verdiyi müsahibəsində yeni dünya nizamının yaradılması, regional vəziyyət və Azərbaycanın mövqeyi barədə fikirlərini bölüşdü. Bu müsahibə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə geniş müzakirələrə səbəb olmuşdur. Prezidentimizin müsahibəsi bir tərəfdən Azərbaycanın qlobal arenadakı rolunu, digər tərəfdən isə müstəqil xarici siyasətinin mühüm prinsiplərini aydın şəkildə göstərmişdir. Dövlət başçımız cənab İlham Əliyev müsahibəsində beynəlxalq münasibətlərdəki mövcud vəziyyətin və dünyadakı qlobal düzənin artıq dəyişməkdə olduğunu vurğulamışdır. O, müasir dövrdə yeni dünya nizamının formalaşmasının, ölkələrin daha çox daxili resurslarına əsaslanmasının və çoxşaxəli əlaqələrin qurulmasının vacibliyini qeyd etmişdir. Azərbaycan məhz bu prinsipə uyğun olaraq, öz müstəqil xarici siyasətini formalaşdırmış və digər dövlətlər ilə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa çalışmışdır. Prezidentin bu yanaşması, ölkənin gələcəkdəki inkişafı və beynəlxalq mövqeyinin güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Dövlət başçımız "Euronews"ə verdiyi müsahibəsində Azərbaycanın müstəqil xarici siyasətinin uğurlarını ortaya qoymuşdur. O, Azərbaycanın heç bir dövlətin daxili işlərinə müdaxilə etmədiyini və digər ölkələrin daxili işlərinə də müdaxilə etməmək prinsipini hər zaman ön planda tutduğunu qeyd etmişdir. Bu yanaşma, Azərbaycanın beynəlxalq ictimaiyyətlə münasibətlərini daha da möhkəmləndirir və ona çoxsaylı dostlar qazandırır.

Prezident cənab İlham Əliyev müsahibəsində qeyd etdi ki, hər bir ölkə öz taleyinin sahibidir və yalnız daxili resurslara güvənərək müstəqil şəkildə gələcəyini formalaşdırmalıdır. Bu yanaşma Azərbaycanın müstəqil xarici siyasətinin və iqtisadiyyatının möhkəmlənməsində mühüm rol oynayıb. Ölkəmiz enerji təhlükəsizliyinin təminatında və yeni layihələrin reallaşmasında etibarlı tərəfdaş kimi tanınır. Azərbaycanın qazandığı uğurlar, o cümlədən “Əsrin müqaviləsi”, Cənub Qaz Dəhlizi kimi böyük layihələr, ölkənin regional və qlobal miqyasda daha da güclənməsinə şərait yaradıb. Ölkə başçısı cənab İlham Əliyev həmçinin, regionda sabitliyin təmin olunmasında Azərbaycanın rolunu vurğuladı və qeyd etdi ki, müharibələrin sona çatması və sülhün bərqərar olması üçün hərtərəfli təhlükəsizlik mexanizmlərinin yaradılması vacibdir. Nəticədə Azərbaycan həm sülh və təhlükəsizlik, həm də inkişaf sahəsində irəliləyişlərə imza atır. Dövlət başçımızın müsahibəsində Azərbaycan Respublikasının beynəlxalq münasibətlərdə artan rolu və önəmi də diqqət mərkəzində olmuşdur. Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınması, həmçinin sülh və təhlükəsizlik məsələlərinə verdiyi töhfələr vurğulanmışdır. Azərbaycanın Cənubi Qafqazda və dünyanın digər bölgələrində təhlükəsizliyin təmin olunmasında oynadığı rol, bu ölkənin beynəlxalq sülhə verdiyi əhəmiyyətin bariz nümunəsidir. Prezident cənab İlham Əliyev xüsusilə Ermənistanla olan münasibətlərə toxunaraq, regionda müharibələrin və qarşıdurmaların aradan qaldırılması üçün atılan addımların vacibliyini bir daha qeyd etmişdir. O, münaqişələrin yalnız diplomatik yollarla həllinə üstünlük verdiyini və Azərbaycan tərəfindən təklif olunan sülh müqaviləsinin imzalanmasının regionda sabitlik üçün əsas faktor olduğunu bildirmişdir.

Ölkə başçısının "Euronews" televiziyasına verdiyi müsahibə Azərbaycanın beynəlxalq siyasət sahəsindəki fəal və müstəqil mövqeyini bir daha göstərdi. Dövlət başçısının vurğuladığı prinsiplər, Azərbaycanın gələcəkdəki inkişafı və qlobal miqyasda daha güclü mövqe tutması üçün zəmin yaradır. Prezidentimizin səsləndirdiyi fikirlər, yalnız ölkəmizin gələcəyini deyil, həm də dünya siyasətinin gələcəyini düşünərək atılacaq addımların istiqamətini müəyyən edir. Bu müsahibə Azərbaycanın qlobal siyasətdəki əhəmiyyətini artıran, çoxşaxəli diplomatiyasını və müstəqil xarici siyasətini daha da möhkəmləndirən bir addım olmuşdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Mart 2025 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see250

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see158

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see156

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see134

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see133

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see133

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see129

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see127

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see125

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see125

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri