Icma.az
close
up
RU
Dövlət başçımızın çıxışı yüksək siyasi fəallıq formatında tarixləşdi

Dövlət başçımızın çıxışı yüksək siyasi fəallıq formatında tarixləşdi

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Azərbaycan əksər beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Bu təmsil olunma inama, ehtirama əsaslanır. Bu ehtiram özlüyündə bəşəriliyə görə yaranır, bəşəriliyə görə davam edir. Azərbaycan “Avropa Siyasi Birliyi”nin də rəğbətini belə qazanıb, bu rəğbət bu səviyyədə indi də davam edir.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanması ərəfəsində Yerevanda Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısı keçirildi. Bu toplantıda videobağlantı formatında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak etdi. Bu iştirak Azərbaycanın siyasi nüfuzunu da yüksəltdi, onun dünyəvi proseslərdə fəal iştirakının bəşəri mahiyyətini də təsdiqlədi.
Çıxışında bir il əvvəl Tiranaya səfərində Prezident Koştanın və Prezident Fon der Lyayenin Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasına rəyini soruşduqlarını, tarazlı yanaşmanın saxlanılması üçün növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsini təklif etdiyini, Prezident Koştanın iki ay əvvəl Azərbaycana səfərində 8-ci Zirvə toplantısını da, Azərbaycan Prezidentinin tədbirə videobağlantı formatında qoşulacağını da müzakirə etdiklərini, “Avropa Siyasi Birliyi”nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət etdiyini, Ermənistanın Azərbaycanın namizədliyini dəstəklədiyini bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında bildirdi ki, “Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik; - Sülhün əldə olunması faktı əsasında Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb.
Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Tramp, artıq qeyd edildiyi kimi, həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub. Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı...”...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gerçəkliklərə də münasibətini bildirdi. Neçə on illərlə mövcud olmuş ikili standartların başqa formatda indi də davam etdiyini xatırlatdı. Bu xatırlatma dünya düzəninə mane olmaq təşəbbüsü kimi qəbul edilməli xatırlatma oldu: “Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası Ermənistan-Azərbaycan sülh prosesində konstruktiv mövqe sərgiləmir və ikili standartlar nümayiş etdirirlər. Sülh sahəsində digər nailiyyət bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Bu fürsətdən istifadə edərək, mən Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istəyirəm. Lakin əfsuslar olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA)”.
Dövlət başçımız çıxışında beynəlxalq təşkilatların gerçəkliklərə gerçək münasibət göstərmədiyini, hansı səbəblərdənsə, ikili standartlara əsaslanmağı fəaliyyətinin mahiyyətinə çevirdiyini də iştirakçıların diqqətinə çatdırdı. Bir el məsəlini xatırlayaq: “Deyənin eşidəni gərək”. Məqamı, əqidəsi, siyasi kursu sülh, dinc yanaşı yaşama, bəşəriik olan Azərbaycana belə münasibətin sonda iflasa uğrayacağı mütləqdir. Bu, mütləqlik dövlət başçımızın “İndi isə Avropa Parlamentini götürək. Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib…” fikirlərinin də qayəsi oldu…
Çıxışında Baş nazir Paşinyanı “Avropa Siyasi Birliyi”nin Zirgə görüşünün Ermənistanda keçirilməsi ilə bağlı təbrik edən, prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu da bildiridi…
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il may ayının 4-də “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı Azərbaycan gerçəkliklərinin həm tədbir iştirakçılarına, həm də dünya ictimaiyyətinə çatdırılması baxımından yüksək siyasi formatda tarixləşdi…
Səbinə XASAYEVA,
Milli Mıclisin deputatı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 May 2026 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri