Cənab Prezident İlham Əliyevin çıxışı iqtisadi inkişafın dönməzliyinin təsdiqi kimi tarixləşdi
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Əraziləri işğaldan azad edildikdən sonra Azərbaycan daha böyük iqtisadi yüksəlişdədir. İstər işğaldan azad edilmiş ərazilərdə, istərsə də bölgələrdə müxtəlif sənaye obyektləri istifadəyə verilir, yeni infrastrukturlar yaradılır, elm və texniki yeniliklər istehsal prosesinə daha intensivliklə tətbiq edilir. Son on ildə dünya enerji böhranı ilə üzləşib. Bu problemin həllində Azərbaycan da dünyəvi xidmətdədir. Bunun üçün həm də ölkədaxili enerji potensialını yüksəltməkdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 8-də “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışında da bu məsələlərdən söz açaraq dedi ki, ölkəmizin enerji potensialını gücləndirəcək stansiya bu gün artıq fəaliyyətə başlayır. 240 meqavat gücündə stansiya ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcəkdir. 2022-ci ilin yanvar ayında bu stansiyanın təməlini qoymuşduq. Bu illər ərzində fəal iş aparılmışdır və bu gün biz bu gözəl hadisəni birlikdə qeyd edirik. İlk növbədə, bu stansiyanın tikintisində əməyi keçmiş bütün insanlara, şirkətlərə təşəkkürümü bildirmək istəyirəm, ilk növbədə, investor olan “ACWA Power” şirkətinə, onun rəhbərliyinə.
Bu, “ACWA Power” tərəfindən Azərbaycanda inşa edilmiş birinci bərpaolunan elektrik stansiyasıdır, ancaq sonuncu deyil. Şirkətin daha böyük planları var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir. Onu da bildirməliyəm ki, “ACWA Power” şirkəti bu sahədə dünyada aparıcı şirkətlərdən biridir və eyni zamanda, Azərbaycan qurumları ilə əməkdaşlıq əsasında yeni layihələrin icra edilməsində maraqlıdır. O cümlədən ölkəmizdə ilk dəfə inşa ediləcək Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsini də yenə də bu şirkət investor kimi icra edəcəkdir.
Ölkənin enerji sisteminin yeniləşdirilməsinin, modenrləşdirilməsinin müasirləşdirilmsinin, inkişafının dinamik inkişafda şərt olması gerçəkliklərdəndir. Bu baxımdan dövlət başçımız bu şərtin ölkəmizdə son illərdə əsas prioritetlərdən olduğunu da xatırladaraq dedi: “Son 20 il ərzində bizim enerji sistemimiz, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənmişdir. Son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artmışdır. Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək...”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışında enerji ilə bağlı müxtəlif məqamlardan, bu sıradan bərpaolunan enerji növlərindən də söz açdı. Bu, Azərbaycanda enerji istehsalının şəbəkələri haqqında daha müfəssəl məlumat olmaqla, onun coğrafiyasının da ünvanlarının göstəricisi oldu. Dövlət başçımız dedi ki, “Növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Bu günə qədər Qaradağ rayonunda açılıb, bu gün Xızı, Abşeron rayonlarında. Yəni Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpaolunan enerji növlərini istehsal etmək mümkündür. Mən hələ Xəzər dənizinin potensialını demirəm. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir. Yəni növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq. Mən buna şübhə etmirəm. Ona görə xarici investorları həm bu sahəyə, həm də böyük həcmdə elektrik enerjisi tələb edən digər sahələrə dəvət edirəm. Xüsusilə süni intellekt, data mərkəzlərinin yaradılması və böyük enerji gücünə tələbat olan digər sahələrə investisiya qoymağa dəvət edirəm. O cümlədən Azərbaycan şirkətlərini də”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında bir məqama da toxunaraq bildirdi ki, Azərbaycanda həm ənənəvi generasiya gücləri, həm də bərpaolunan generasiya gücləri birlikdə, paralel aparılacaqdır: “...keçən il Mingəçevirdə yeni elektrik stansiyasının açılışını qeyd edərkən bir daha əmin olduq ki, Azərbaycanda bu iki proses, yəni ənənəvi generasiya gücləri və bərpaolunan generasiya gücləri paralel şəkildə aparılmalıdır. Ancaq o təqdirdə biz istədiyimiz nəticəyə nail ola bilərik. Keçən il Mingəçevirdə istismara verilmiş ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 meqavata bərabərdir və bu gün Azərbaycan enerji təminatı, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən özünü çox rahat hiss edir. Bu yaxınlarda 230 meqavat gücündə Günəş elektrik stansiyası istismara verilmişdir. Bu gün 240 meqavat gücündə külək elektrik stansiyası, işğaldan azad edilmiş ərazilərdə - Cəbrayıl rayonunda hazırda üç Günəş elektrik stansiyası inşa edilir. Bu üç stansiyanın ümumi potensialı 340 meqavatdır”...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı ölkənin iqtisadi inkişafının konturlarının etibarlılığının dönməziliyinin təsdiqi kimi dinlənildi və belə də tarixlşdi...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Bu mövzuda digər xəbərlər:Prezident İlham Əliyevin son çıxışı dünya mediasında
10 Aprel 2025 23:50
Prezident İlham Əliyevin BMT də tarixi çıxışı
29 Sentyabr 2025 14:51
Cənab Prezident İlham Əliyevin müsahibəsi son dövrün siyasi hadisələrinə münasibətin ifadəsi kimi tarixləşdi
28 Avqust 2025 23:03
Prezident İlham Əliyevin COP29 Sammitindəki çıxışı AXC TVdə
16 Noyabr 2024 13:34
Prezident İlham Əliyevin COP29 Sammitindəki çıxışı AXC TVdə müzakirə
16 Noyabr 2024 14:09
Baxış sayı:94
Bu xəbər 09 Yanvar 2026 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















