Icma.az
close
up
RU
Dövlət borcunun ÜDM ə nisbəti ortamüddətli dövr üçün müəyyən edilmiş həddə olub

Dövlət borcunun ÜDM ə nisbəti ortamüddətli dövr üçün müəyyən edilmiş həddə olub

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2024-cü ildə Azərbaycanda büdcə qaydasının komponenti olan dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti ortamüddətli dövr üçün müəyyən edilmiş hədd daxilində olub və əvvəlki illə müqayisədə azalıb. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.

Ölkə Prezidentinin “İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədlərinin, habelə 2024-cü ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddinin müəyyən edilməsi haqqında” 24 oktyabr 2023-cü il tarixli fərmanına əsasən dövlət borcunun ÜDM-ə nisbətinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 30 % müəyyənləşdirilib.

Hesabat dövründə büdcə qaydasının ikinci komponenti olan dövlət borcunun ÜDM-ə nisbətinə də riayət edilib, 2024-cü il üzrə dövlət borcunun ümumi məbləği 27 milyard 380,2 milyon manat olmaqla ÜDM-ə nisbətdə 21,7 % təşkil edib. Bu, müəyyən edilmiş hədəf göstəricisindən 8,3 faiz bəndi, əvvəlki illə müqayisədə isə 0,1 faiz bəndi azdır.

Müvafiq göstəricinin əvvəlki illə müqayisədə azalması ÜDM-in artımı ilə (3 milyard 208,6 milyon manat) əlaqəli olub, dövlət borcunun məbləğində isə 529,8 milyon manat artım izlənib. ÜDM-dəki nominal artım tamamilə qeyri neft-qaz sahəsindən, dövlət borcundakı artım isə daxili dövlət borcundan (daha dəqiq desək daxili maliyyə bazarında yerləşdirilmiş dövlət qiymətli kağızlarından) formalaşıb. Hesabat ilində xarici dövlət borcu 2 milyard 263,5 milyon manat azalıb.

2024-cü ildə dövlət büdcəsinə yenidən baxılma zamanı proqnozlaşdırılan göstəricilər əsasında hesablanmış dövlət borcunun ÜDM-ə nisbət göstəricisindən müvafiq ildə qeydə alınan fakt göstəricisi 1,5 faiz bəndi azdır ki, bu da həm ÜDM-in məbləğinin proqnozdan artıq olması, həm də dövlət borcunun həcminin 2025-2028-ci illər üzrə Ortamüddətli Xərclər Çərçivəsində 2024-cü il üçün nəzərdə tutulmuş məbləğdən az olması ilə əlaqədardır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 May 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri