Azərbaycan dövlət borcunun ÜDM ə nisbətini sabit saxlamağı hədəfləyir
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan hökuməti yaxın 4 ildə dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbətini sabit saxlamağı hədəfləyir.
525.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.
"2026-cı ilin sonuna dövlət borcunun ÜDM-ə nisbətinin 20 %, 2030-cu ilin sonuna isə 20,3 % təşkil edəcəyini gözləyirik. Azərbaycan bu gün dövlət borcunun ÜDM-ə nisbətinə görə dünyada ən yaxşı göstəricilərə malik ölkələrdəndir. 23,9 milyard manatlıq borc portfelimizin 16,2 milyard manatını daxili dövlət borcu, 7,7 milyard manatını isə xarici dövlət borcu təşkil edir. Bu baxımdan nisbət kifayət qədər müsbət səviyyədə qorunub. Belə ki, ümumi borc portfelimizin 32 %-i xarici, 68 %-i isə daxili dövlət borcunun payına düşür.
Dövlət borcunun orta ödəmə müddətinə gəldikdə, istiqrazlar üzrə artıq 3,6 ilə çatmışıq. Bu da kifayət qədər yaxşı göstəricidir. Borcun ödəmə müddətinin uzadılması qısamüddətli likvidliyin təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Hazırda portfelimizdə 7 və 10 illik istiqrazların payı 44 % təşkil edir. Növbəti dövrdə də əsas planımız borcun orta ödəmə müddətinin artırılması, qısamüddətli borclanmaların orta və uzunmüddətli borclanmalarla əvəz edilməsi istiqamətində fəaliyyəti davam etdirməkdir", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 04 Noyabr 2026 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















