Icma.az
close
up
RU
Dövlət büdcəsində 4,2 milyard manat artıqlıq yaranıb

Dövlət büdcəsində 4,2 milyard manat artıqlıq yaranıb

Marja.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci ilin 11 ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub.

Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 1 milyon 436 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

Cari ilin yanvar-noyabr ayları ərzində icmal büdcənin gəlirləri 43 milyard 855,2 milyon manat təşkil edib ki, bu da 11 aylıq proqnozu 2 milyard 526,0 milyon manat və ya 6,1 faiz üstələyib.

Eyni dövrdə dövlət büdcəsinin gəlirləri 35 milyard 625,6 milyon manat təşkil edib ki, bu da 11 aylıq proqnozu 324,6 milyon manat və ya 0,9 faiz üstələyib.

Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 15 milyard 310,5 milyon manat təşkil edərək proqnozdan 745,5 milyon manat və ya 5,1 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 41,6 milyon manat təşkil edərək proqnozdan 10,2  milyon manat və ya 32,5 faiz çox, Dövlət Neft Fondundan transfert isə 13 274,3 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.

İş elanları AzVak.az-da

Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 milyard 752,2 milyon manat təşkil edərək proqnoza qarşı 96,6 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 592,3 milyon manat təşkil edərək proqnoza qarşı 72,7 faiz, sair daxilolmalar isə 654,7 milyon manat təşkil edərək proqnoza qarşı 99,1 faiz icra olunub.

2025-ci ilin 11 ayı ərzində icmal büdcənin xərcləri 36 milyard 784,3 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin 11 aylıq icra göstəriciləri ilə müqayisədə 1 397,6 milyon manat və ya 3,9 faiz çoxdur. 

Həmin dövrdə dövlət büdcəsinin xərcləri 31 milyard 414,7 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 376,6 milyon manat  və ya 1,2 faiz çoxdur. 

Cari ilin 11 ayı ərzində dövlət büdcəsinin gəlirləri 35 milyard 625,6 milyon manat, xərcləri 31 milyard 414,7 milyon manat təşkil etdiyindən4 milyard 210,9 milyon manat porofisit (büdcə artıqlığı) yaranıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://marja.az
archiveBu xəbər 08 Dekabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri