Icma.az
close
up
RU
Dövlət büdcəsində milyardlıq profisit Pensiya və sosial ödənişlər artacaq?

Dövlət büdcəsində milyardlıq profisit Pensiya və sosial ödənişlər artacaq?

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Dövlət büdcəsinin icrasında 4 milyard manatlıq profisit (artıqlıq) qeydə alınıb. Bu, gəlirlərin xərcləri üstələdiyini göstərir və iqtisadi baxımdan müsbət siqnal hesab olunur. İqtisadçılar bildirirlər ki, büdcədə yaranan əlavə vəsait ölkənin maliyyə dayanıqlığını gücləndirməklə yanaşı, sosial sahələrə – təqaüdlərin, müavinətlərin və sosial yardımların artırılmasına da imkan yarada bilər. Bununla belə, artıqlığın hansı istiqamətlərə yönəldiləcəyi hökumətin qəbul edəcəyi qərarlardan asılı olacaq.

Yaranmış büdcə profisiti sosial ödənişlərin artırılmasına və əhalinin rifahına real təsir göstərəcəkmi?

Məsələ ilə bağlı danışan deputat Vüqar Bayramov News24.az-a açıqlamasında bildirib ki, dövlət büdcəsində yaranmış profisit (artıqlıq) daha çox müvəqqəti xarakter daşıyır:

“Profisit bəzi xərclərin payız aylarına proqnozlaşdırılması ilə bağlıdır. Yəni bu gün xərclənməyən vəsaitlər ilin sonrakı dövrlərində icra olunacaq. Ona görə də büdcədə artıqlığın yaranması müsbət olsa da, bunun uzunmüddətli tendensiya olduğunu söyləmək doğru deyil. Çünki bir çox hallarda müəyyən rüblər və ya yarımil üzrə gəlirlər xərcləri üstələyə bilir. Amma ilin sonunda balanslaşma prosesi baş verir”.

Deputat vurğulayıb ki, ümumilikdə 2025-ci ildə sosial paket tam şəkildə maliyyələşdirilir və bunun üçün dövlət büdcəsindən 1,4 milyard manat ayrılıb:

“Bu o deməkdir ki, hökumət sosial öhdəliklərin icrasını prioritet olaraq saxlayır. Sosial təminat paketləri həm bu il, həm də növbəti illərdə öz aktuallığını qoruyub saxlayacaq. Büdcədə formalaşan profisitin bir hissəsinin də gələcəkdə məhz sosial proqramların maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur”.

Onun sözlərinə görə, hazırda yaranan artıqlığın konkret istiqamətləri var və vəsaitin bir hissəsi artıq müəyyən edilmiş layihələrə yönəldiləcək:

“Profisit hökumətə manevr imkanı qazandırır. Amma nəzərə almalıyıq ki, büdcənin artıqlığı dərhal sosial ödənişlərin artırılması demək deyil. Bu vəsaitin müəyyən hissəsi sosial sahələr üçün nəzərdə tutulub, lakin digər vacib xərclər də var. Ona görə yaxın dövrdə əsas vəzifə mövcud sosial paketin maliyyələşdirilməsidir”.

Aqil Qarayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://news24.az
archiveBu xəbər 04 Sentyabr 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri