Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Dövlət büdcəsində profisit yaranıb

Dövlət büdcəsində profisit yaranıb

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2026-cı ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9598,6 milyon manat, xərcləri 7817,1 milyon manat olub, 1781,5 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb. Maliyyə Nazirliyinin məlumatlarına əsasən, 2026-cı ilin I rübü üzrə dövlət büdcəsinin gəlirləri 9,140 milyard manat proqnoza qarşı 9,6 milyard manat və yaxud 458,5 milyon manat (5,0 faiz) çox icra edilib. Bu bu ilin dövlət büdcəsinin illik proqnozlaşdırılan gəlirlərinin 24,9 faizinə bərabərdir. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 7,7 faiz çox icra edilməklə 6388,6 milyon manat təşkil edib.

Dövlət büdcəsinin gəlirlərinin 4702,0 milyon manatı və ya 49 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 3210,0 milyon manatı və ya 33,4 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1410,1 milyon manatı və ya 14,7 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 163,5 milyon manatı və ya 1,7 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 13,8 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 99,2 milyon manatı və ya 1,1 faizi sair daxilolmaların payına düşür.

2026-cı ilin I rübündə dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnoza nisbətən vergi orqanlarının xətti ilə 472,5 milyon manat və ya 11,2 faiz, gömrük orqanlarının xətti ilə 5,1 milyon manat və ya 0,4 faiz çox, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə proqnozlaşdırılan səviyyədə, digər daxilolmalar üzrə 19,1 milyon manat və ya 6,5 faiz az icra edilib (Qrafik 3).

Dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 2026-cı ilin I rübü üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 57,7 faizini təşkil etməklə 5533,7 milyon manat olub ki, bu da proqnozla müqayisədə 446,1 milyon manat və ya 8,8 faiz çoxdur.

Cari ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 69,5 faizini və ya 3847,1 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 25,5 faizini və ya 1410,1 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 3 faizini və ya 163,5 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar, 1,8 faizini və ya 99,2 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 13,8 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar təşkil edir.

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4064,9 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 12,4 milyon manat və ya 0,3 faiz çoxdur.

2026-cı ilin I rübündə dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 21,0 faizi və ya 854,9 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 79,0 faizi və ya 3210,0 milyon manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 48,8 faizi və ya 417,4 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər və digər ödənişlər üzrə, 37,4 faizi və ya 319,5 milyon manatı Şahdəniz yatağı üzrə mənfəət vergisi, 13,8 faizi və ya 118,0 milyon manatı Azəri-Çıraq-Günəşli yatağı üzrə mənfəət vergisi hesabına olub.

Bu ilin I rübündə dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, dövlət proqramları və məqsədli tədbirlərin, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə təşkilatlarının və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib.

2026-cı ilin I rübündə dövlət büdcəsinin xərcləri 7817,1 milyon manat məbləğində icra edilməklə illik proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 18,7 faizinə bərabər olub. Xərclərin 5762,5 milyon manatı və ya 73,7 faizi cari xərclərə, 1530,4 milyon manatı və ya 19,6 faizi əsaslı xərclərə, 524,2 milyon manatı və ya 6,7 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə sərf edilib. Dövlət büdcəsi xərclərinin 54,1 faizi və ya 4227,8 milyon manatı sosialyönlü xərclərin (büdcə xərclərinin əməyin ödənişi fondu, qida məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər) maliyyələşdirilməsinə yönəldilib.

2026-cı ilin I rübündə funksional təsnifata uyğun olaraq sosial müdafiə və sosial təminat xərcləri 1315,8 milyon manat, kənd təsərrüfatı xərcləri 308,7 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 1206,8 milyon manat, təhsil xərcləri 1013,7 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərclər 654,8 milyon manat, səhiyyə xərcləri 366,6 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 105,0 milyon manat, iqtisadi fəaliyyət xərcləri 1231,4 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 1288,5 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 47,5 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 55,1 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərclər 223,2 milyon manat icra edilib.

2026-cı ilin birinci rübündə iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi xərcləri 2458,2 milyon manat, qeyri-maliyyə aktivləri 1492,1 milyon manat, malların (işlərin və xidmətlərin) satınalınması xərcləri 1143,7 milyon manat, qrantlar və digər ödənişlər 1015,3 milyon manat, sosial ödənişlər 804,1 milyon manat, subsidiyalar 320,2 milyon manat, öhdəliklər üzrə əməliyyatlar 269,5 milyon manat, faizlər üzrə ödənişlər 269,1 milyon manat, maliyyə aktivləri üzrə əməliyyatlar 38,0 milyon manat, dövlət icbari şəxsi sığorta xərcləri 6,9 milyon manat icra edilib.

2026-cı ilin I rübündə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərində illik nəzərdə tutulmuş vəsaitin 13,5 faizi həcmində və ya 365,4 milyon manat vəsait sərf olunub.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2026-cı ilin I rübündə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 11,0 faizi həcmində və yaxud 386,2 milyon manat vəsait istifadə olunub. Həmin vəsaitin 355,2 milyon manatı infrastruktur təyinatlı layihələrin (avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 185,0 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 142,2 milyon manat, turizm infrastrukturunun yaradılması və digər tədbirlərin icrası üçün 28,0 milyon manat), 10,7 milyon manatı səhiyyə və mədəniyyət yönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 20,3 milyon manatı isə ərazilərin minalardan təmizlənməsi üzrə xərclərə syönəldilib.

2026-cı ilin I rübündə bəzi xərclərin maliyyə təminatı üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,9 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan isə 0,9 milyon manat, cəm olaraq 6,8 milyon manat vəsait istifadə olunub.

2026-cı ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2457,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub. Operativ məlumatlara əsasən cari ilin I rübündə dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili borc üzrə 132,5 milyon manat (faiz borcu üzrə), xarici borc üzrə 391,7 milyon manat olmaqla (əsas borc üzrə 269,5 milyon manat, faiz borcu üzrə 122,2 milyon manat), ümumilikdə 524,2 milyon manatın ödənilməsi təmin edilib.

Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2026-cı il 1 aprel tarixinə xarici dövlət borcunun səviyyəsi 4689,3 milyon ABŞ dolları təşkil edib. Operativ məlumatlara əsasən, 2026-cı il 1 aprel tarixinə xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6,1 faizini təşkil edir. Operativ məlumatlara əsasən daxili dövlət borcunun səviyyəsi 2026-cı il 1 aprel tarixinə 16492,9 milyon manat olmaqla cari il üzrə proqnozlaşdırılan ÜDM-in 12,6 faizini təşkil edir.

M.Həmzəoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 22 Aprel 2026 23:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri