Icma.az
close
up
RU
Dövlət büdcəsində sosialyönlü xərclərin payı... Baş nazir rəqəmləri açıqladı

Dövlət büdcəsində sosialyönlü xərclərin payı... Baş nazir rəqəmləri açıqladı

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin apardığı uğurlu sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biri də ölkə əhalisinin, Şəhid ailələrinin, qazilərin və aztəminatlı ailələrin sosial müdafiəsinin və rifah səviyyəsinin gücləndirilməsidir.

"AzPolitika" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində onun sədrliyi ilə keçirilmiş iclasda bildirib.

"Son illərdə bu istiqamətdə ardıcıl islahatlar aparılıb, əhalinin sosial müdafiəsi və rifahının yaxşılaşması, sosial ödənişlərin, pensiyaların, əməkhaqlarının artırılması istiqamətində büdcədən əhəmiyyətli vəsait xərclənib. 2027-ci ilin dövlət büdcəsində bütün istiqamətlər üzrə bütövlükdə sosialyönlü xərclərin payı 44% proqnozlaşdırılır", - deyə o qeyd edib.

Bundan başqa, o deyib ki, hökumətin əsas və vacib prioritet xərc istiqaməti kimi dövlət büdcəsində ən böyük xərclərdən biri həmişə olduğu kimi hərbi-müdafiə və milli təhlükəsizliyinin daha da gücləndirilməsi xərcləri olacaq: 

"Növbəti ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 8,8 milyard manat və yaxud xərclərin 21 %-i qədər təşkil edir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa iştirakı və rəhbərliyi ilə işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır".

"Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə bu günə qədər 47 yaşayış məntəqəsinə, yəni 10 şəhər, 3 qəsəbə və 34 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır. 2027-ci ilin dövlət büdcəsində investisiyayönümlü strategiya və dövlət proqramlarının maliyyə təminatı üçün kifayət həcmdə vəsait planlaşdırılır. 2025-ci ildə və 2026-cı ilin ötən dövründə su, nəqliyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi və turizm sahələrini əhatə edən dövlət proqramları qəbul edilib, həmin istiqamətlər üzrə əsas prioritetlər müəyyənləşdirilib.

Yeri gəlmişkən, sentyabrın 22-də cənab Prezidentin birbaşa sədrliyi ilə keçirilən müzakirələrdən sonra, onun xüsusi önəm verdiyi sahələrdən birini əhatə edən "Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı" qəbul olunub. Proqram çərçivəsində metallurgiya sənayesinin dayanıqlı inkişafının təmin edilməsi, yüksək əlavə dəyər yaradan istehsal və ixrac potensialının genişləndirilməsi və qeyri-neft sənayesinin rəqabət qabiliyyətinin artırılması, yeni iş yerlərinin yaradılması əsas istiqamətlər kimi müəyyən edilib. Strategiyanın və bütün sahəvi dövlət proqramlarının uğurlu icrası cənab Prezidentin Hökumət qarşısında qoyduğu sosial-iqtisadi vəzifələrin reallaşdırılmasını təmin etməklə yanaşı, ölkənin uzunmüddətli inkişaf prioritetlərinin həyata keçirilməsi üçün də möhkəm zəmin yaradır", - deyə Ə.Əsədov fikrini tamamlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Sentyabr 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see328

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see328

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see325

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see265

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see259

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see257

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see255

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see251

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see250

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see237

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see215

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see209

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri