Icma.az
close
up
RU
Dövlət büdcəsində növbəti il üçün cari xərclərin 68,1 faizi sosialyönlü xərclərin payına düşür

Dövlət büdcəsində növbəti il üçün cari xərclərin 68,1 faizi sosialyönlü xərclərin payına düşür

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 12 noyabr, AZƏRTAC

Növbəti il üçün cari xərclərin əsas hissəsi (68,1 faiz) məhz sosialyönlü xərclərin payına düşür. 2026-cı ildə sosialyönlü xərclərə 17,1 milyard manat və ya dövlət büdcəsi xərclərinin 41,1 faizi həcmində vəsait ayrılacaq. Bu, 2025-ci illə müqayisədə 213,0 milyon manat və ya 1,3 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov noyabrın 12-də Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, bu xərclərin 89,7 faizi və yaxud 15,4 milyard manatı əməyin ödənişi və sosial təminat xərclərinin payına düşməklə, son 5 ildə (2022-2026-cı illər) 4,4 milyard manat və ya 39,6 faiz artıb. O bildirib ki, sosial müdafiə və sosial təminat xərclərinə növbəti il üçün 4,9 milyard manat vəsait ayrılacaq. Bu, cari ilə nisbətən 121,0 milyon manat və ya 2,6 faiz, ötən ilə nisbətən 722,0 milyon manat və ya 17,4 faiz çoxdur. Həmin vəsaitin 3,2 milyard manatı və ya 65,3 faizi sosial ödənişlərin və digər sosial təminat xərclərinin payına düşür.

H.Məmişov vurğulayıb ki, sosial müdafiə və təminat xərclərinin 34,7 faizini və ya 1,7 milyard manatını isə dövlət öhdəliklərinin maliyyə təminatı üçün Dövlət Sosial Müdafiə Fonduna ayrılan vəsait təşkil edir. Nazir müavini qeyd edib ki, son beş ildə (2022-2026-cı illər) sosial müdafiə və sosial təminat xərcləri mütləq ifadədə 1,4 milyard manat və ya 40,7 faiz artıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Noyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see217

Adil Kərimli və dostları Mədəniyyət Nazirliyini niyə bu vəziyyətə salıb?

10 Noyabr 2025 20:28see149

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see141

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see140

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see137

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see134

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see130

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see127

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see127

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see127

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see126

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see125

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see122

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see121

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılacaq

10 Noyabr 2025 19:41see120

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see119

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see118

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri