Icma.az
close
up
RU
Dövlət büdcəsinin profisiti 3 milyard manatı ötüb

Dövlət büdcəsinin profisiti 3 milyard manatı ötüb

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 23 milyard 594,7 milyon manat, xərcləri isə 20 milyard 174,4 milyon manat təşkil edib.

Qaynarinfo xəbər verirr ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,5% və 1,2% çoxdur.

Beləliklə, büdcədə 3 milyard 420,3 milyon manat profisit yaranıb.

Xatırladaq ki, 2026-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri 19 milyard 179,2 milyon manat, maliyyələşdirilmiş xərclərdən faktiki istifadə olunmuş vəsait isə 16 milyard 775,5 milyon manat təşkil edib. Xərclərin icrası ilə bağlı ödənilmiş tapşırıqların həcmi 624,1 min olub.

Qeyd edək ki, maliyyə naziri Sahil Babayev Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı son illər həyata keçirilən islahatların qeyri-neft sektorunun davamlı inkişafını təmin etdiyini bildirib. Onun sözlərinə görə, hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə ÜDM 92,3 milyard manat təşkil edərək ümumi ÜDM-in 71,5 faizinə çatıb ki, bu da əvvəlki illə müqayisədə 2,7 faiz real artım deməkdir.

Nazir qeyd edib ki, icmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2 faizə, qeyri-neft vergilərinin payı isə 25 faizə yüksəlib. O vurğulayıb ki, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin ümumi daxilolmalardakı xüsusi çəkisi son beş ildə 43,3 faizdən 52 faizə yüksəlib və 2026-cı il dövlət büdcəsində bu göstəricinin 57,4 faizə çatdırılması nəzərdə tutulur.

"Qeyd olunan göstəricilərin dinamikası qeyri-neft sektorunun inkişafının və dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılmasının dövlətin əsas prioritet istiqamətlərindən biri olduğunu göstərir. Qeyri-neft sektoru üzrə gəlirlərin artırılması və mənbələrinin şaxələndirilməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir və məsələ daim nəzarətdə saxlanılır", – deyə Sahil Babayev bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Avqust 2026 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri