Dövlət Departamenti: Livan Sazişi İsrail qüvvələrinin geri çəkilməsini nəzərdə tutur
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
İsrail və Livan arasında bağlanmış çərçivə sazişi İsrail qüvvələrinin Livandan tədricən geri çəkilməsini nəzərdə tutur.
APA xəbər verir ki, bu, ABŞ, İsrail və Livan rəsmiləri tərəfindən Vaşinqtonda imzalanmış və Dövlət Departamenti tərəfindən 26 iyunda dərc edilmiş sənədin mətnində bildirilib.
Sazişdə qeyd olunur ki, İsrail və Livan münaqişəyə son qoymaq və onun kökündə duran səbəbləri aradan qaldırmaq niyyətindədir.
Sazişə əsasən, tərəflər Livan Silahlı Qüvvələri tərəfindən bütün Livan üzərində effektiv suveren nəzarətin bərpası, eləcə də Livanda qeyri-hökumət qruplarını tərksilah etmək və onlarla əlaqəli infrastrukturu sökmək istiqamətində işləməyi öhdəsinə götürür.
Sazişdə bunun İsrail qüvvələrinin Livan ərazisindən tədricən geri çəkilməsinə imkan verəcəyi göstərilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 27 İyun 2026 08:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















