Dövlət Departamenti Livan İsrail atəşkəsinin şərtlərini açıqladı
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
İsrail Livanla atəşkəsə baxmayaraq, "özünümüdafiə üçün bütün zəruri tədbirləri görmək" hüququnu özündə saxlayıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda bildirilib.
Sənəddə deyilir ki, İsrail istənilən vaxt planlaşdırılan və ya davam edən hücumlara qarşı özünümüdafiə üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır. Hərbi əməliyyatların dayandırılması bunun qarşısınıalmayacaq. Lakin İsrail bundan sonra Livan ərazisində mülki, hərbi və digər hökumət hədəfləri də daxil olmaqla qurudan, havadan və ya dənizdən hücum hərbi əməliyyatları aparmayacaq.
Həmçinin vurğulanır ki, Beyrut hökuməti xarici dəstəkli Hizbullahın və bütün digər qeyri-hökumət silahlı qruplarının Livan ərazisindən İsrail hədəflərinə qarşı hər hansı hücum, əməliyyat və ya müdaxilə etməsinin qarşısını almaq üçün əhəmiyyətli addımlar atacaq.
ABŞ Dövlət Departamenti bildirib ki, əgər danışıqlar irəliləyiş göstərərsə və Livan suverenliyini qorumaq qabiliyyətini effektiv şəkildə nümayiş etdirərsə, ilkin müddət (10 gün) Livan və İsrail arasında qarşılıqlı razılaşma ilə uzadıla bilər.
Elvin
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:211
Bu xəbər 17 Aprel 2026 06:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















