Icma.az
close
up
RU
Dövlət dəstəyi fermerlər üçün böyük üstünlükdür Ahmet Turgut

Dövlət dəstəyi fermerlər üçün böyük üstünlükdür Ahmet Turgut

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Cənab Prezidentin dəstəyi ilə qurulan Aqrar Sığorta Fonduna təşəkkür edirəm. Aqrar sığorta bütün dünyada kənd təsərrüfatı inkişaf etmiş ölkələrdə olmazsa-olmaz dəstək mexanizmidir”.

Metbuat.az-ın məlumatına görə, bu sözləri Aqrar Sığorta Fondunun Xaçmaz rayonunun Nabran qəsəbəsinə təşkil etdiyi mediaturda kənd təsərrüfatı eksperti Ahmet Turgut deyib.

Ekspert Azərbaycanda aqrar sığortaya dövlət təşviqinin göstərilməsini fermerlər üçün çox böyük üstünlük hesab etdiyini qeyd edib:

“Bizim müxtəlif rayonlarda fərqli bağlarımız var və hamısı sığortalanıb. Lakin Xaçmazda yerləşən nektarin bağımızda şaxta hadisəsi baş verdi. Digər bağlarda heç bir problem yaşanmadı. Təbiət hadisəsi nə zaman, hansı formada baş verəcək bilinmir, buna görə də riskləri nəzərə alaraq bütün təsərrüfatlarımızı sığortalayırıq. Fermerlərə də tövsiyəm budur ki, Aqrar Sığorta Fondunu diqqətlə araşdırsınlar, nümayəndəliklərlə əlaqə saxlayıb ətraflı məlumat alsınlar. Çünki bu məsələ həm ölkənin iqtisadi inkişafı, həm də qida təhlükəsizliyi üçün çox önəmlidir”.

Ahmet Turgut Aqrar Sığorta Fondunun operativliyini yüksək qiymətləndirib:

“Hadisəyə gəldikdə isə, şaxta Mart ayında baş verib. Bağlarımızda öz meteoroloji stansiyalarımız var və bütün dəyişiklikləri dəqiqəlik izləyirik. Həmin gün heç bir şaxta proqnozu olmasa da, tomurcuqdan meyvə görünənə qədər hər zaman təhlükə vəziyyətində oluruq. O gün saat 11-də temperaturun mənfi 0.5-ə düşdüyünü gördük və dərhal tüt-su aparatlarını işə salmaq qərarı verdik, bağa su verdik. Bütün tədbirlərə baxmayaraq, xüsusən erkənçi sortlarda şaxta zərəri yarandı. Aqrar Sığorta Fondu isə hadisədən dərhal sonra əraziyə gəldi, baxış keçirdi, sənədləşmə aparıldı və proses izlənilərək sonda sığorta ödənişi təmin olundu. Bu dəstəyə görə bir daha təşəkkür edirəm və bütün fermerləri bağlarını mütləq şəkildə sığortalamağa çağırıram”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 27 Noyabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri