Icma.az
close
up
RU
Dövlət dəstəyi kiçik və orta sahibkarları həvəsləndirir

Dövlət dəstəyi kiçik və orta sahibkarları həvəsləndirir

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;


Qeyri-neft sektorunun inkişafını durmadan sürətləndirməliyik


Güzəştlərin tətbiq olunması kiçik və orta biznesin, sahibkarlıq mühitinin inkişafına birmənalı şərait yaradır, müsbət impuls verir


Sahibkarların ölkə iqtisadiyyatına verdiyi töhfə nəzərə alınaraq, artıq 3 ildir ki, biznes nümayəndələrinə “Dayaq” mükafatı təqdim edilir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2022-ci ildə təsis edilmiş “Dayaq” mükafatının məqsədi biznesində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən, aktiv investisiya fəaliyyəti ilə seçilən, məşğulluğun təmin edilməsinə öz töhfəsini verən şirkətləri mükafatlandırmaqla onları stimullaşdırmaq, eləcə də sahibkarların qazandıqları uğurları ictimaiyyətin diqqətinə çatdırmaq, biznes düşüncə tərzini təşviq etmək, dövlət və özəl sektor arasında əlaqələri daha da möhkəmləndirməkdir. Rəmzi məna daşıyan “Dayaq” mükafatı həm də dövlətin daim sahibkarların yanında olduğunun göstəricisidir. 2024-cü il üzrə “Dayaq” mükafatının sahibkarlara təqdim edilməsi üçün İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA-nın təşkilatçılığı ilə tədbir keçirilib. Dövlət qurumlarının nümayəndələrinin, millət vəkillərinin, sahibkarların, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev 2024-cü il ərzində ölkəmizdə sosial-iqtisadi sahədə, özəl bölmədə əldə olunmuş uğurlar, sahibkarların məşğulluğun təmin olunmasında rolu, növbəti illərdə iqtisadiyyat və sahibkarlıq sahəsində yeniliklər barədə məlumat veriblər. 

Milli Məclisin deputatı Nigar Arpadarai, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov isə çıxışlarında sahibkarlıq sahəsində qanunvericilik təşəbbüsləri, KOB-ların dayanıqlı və davamlı iqtisadi inkişafda, yaşıl keçiddə rolu, dövlət-özəl əməkdaşlığı barədə fikirlərini bölüşüblər. Sonra 2024-cü ildə uğur qazanmış 15 sahibkarlıq subyektinə dövlət qurumlarının rəhbər şəxsləri tərəfindən müxtəlif nominasiyalar üzrə “Dayaq” mükafatları təqdim edilib. Sahibkarlar “Turizm”, “Fəal xarici şirkət”, “Fəal ixracatçı şirkət”, “Uğurlu fermer”, “Gənc sahibkar”, “Uğurlu qadın sahibkar”, “İlin investoru”, “Əlillik məhdudiyyət deyil”, “İnnovativ həllər”, “Uğurlu startap”, “Naxçıvan Muxtar Respublikasında uğurlu şirkət”, “Halal biznes”, “Azad olunmuş ərazilərdə uğurlu biznes”, “Yaşıl biznesin təşviqi” və “Təmiz ətraf mühit və yaşıl artım” nominasiyaları üzrə mükafatlandırılıblar. Həmçinin KOBİA tərəfindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “Bakı KOB evi”ndə “G2B xidmətlərinin səmərəli təşkili” nominasiyası üzrə mükafata layiq görülüb. Tədbir çərçivəsində KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsi məqsədilə KOBİA tərəfindən elan edilmiş 6-cı qrant müsabiqəsinin 20 qalibinə qrant mükafatları təqdim olunub. Qeyd edək ki, KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə indiyədək 6 qrant müsabiqəsi keçirilib və bu müsabiqələr çərçivəsində KOB-ların 99 layihəsinə 1,7 milyon manat həcmində qrant vəsaiti ayrılıb. 

İqtisadiyyat nazirinin müavini Elnur Əliyev “Dayaq” mükafatının təqdimat mərasimində deyib ki, həm 2025-ci ildə, həm də yaxın gələcəkdə qarşımızda duran əsas məsələlərdən biri işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və orada iqtisadi infrastrukturun inkişaf etdirilməsi olacaq. E.Əliyev bildirib ki, bu sahədə də sahibkarlarımız fəallıq göstərirlər. Eyni zamanda dövlət tərəfindən bu məqsədlə zəruri dəstək təmin edilir və ediləcək: "Artıq investorlar “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı və Ağdam Sənaye Parkının imkanlarından istifadə edirlər. Ötən ilin əvvəlindən işğaldan azad olunan ərazilərimiz üçün Vergi Məcəlləsinə və Əmək Məcəlləsinə geniş güzəşt və stimul paketi təsdiq edilib. Bu tədbirlər işğaldan azad olunan ərazilərimizə sərmayə cəlb olunmasına, bölgəmizdə sahibkarlığın inkişafına, biznesin çiçəklənməsinə xidmət edir”. 

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov “Dayaq” mükafatının təqdimat mərasimində deyib ki, KOB subyektləri qeyri-neft dövriyyəsinin 37,3 faizini təşkil edib. Onun sözlərinə görə, KOBİA-nın faktiki fəaliyyətə başladığı 2018-ci ildən ötən 5 il ərzində KOB subyektlərinin sayı 64 faizə yaxın artaraq 401 mini keçib. KOBİA sədri qeyd edib ki, bu dövrdə KOB-lar tərəfindən yaradılmış əlavə dəyərin həcmi təqribən 2 dəfədən çox artaraq 9,8 milyard manatdan 20,1 milyard manata çatıb: "Bu kateqoriyadan olan bizneslərin dövriyyəsi ötən il 43,8 milyard manat olub ki, bu da ölkə üzrə qeyri-neft dövriyyəsinin 37,3 faizini təşkil edib. Sevindirici haldır ki, bizneslərin inkişafı sahəsində dövlətimizin yaratdığı yeni təşkilati-hüquqi model və dəstək mexanizmləri beynəlxalq səviyyədə nümunəvi təcrübə kimi təqdir olunur. Bu ilin iyul ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzinin keçirdiyi müsabiqədə Azərbaycan brendi olan KOB evləri ekspertlər tərəfindən qabaqcıl innovativ təcrübə olaraq qiymətləndirilib və nümunəvi model kimi qurumun saytında dərc olunub. Həmçinin 2024-cü ilin sentyabr ayında 160-dan çox ölkəni əhatə edən BMT-nin Qlobal Sazişi tərəfindən KOBİA xüsusi sertifikat ilə təltif olunub. Sözügedən sazişin əsas elementlərindən biri ətraf mühit məsələsidir". 

Orxan Məmmədov əlavə edib ki, E-KOB evi portalı test rejimində istifadəyə verilib və növbəti ildə onun açılışı hədəflənir. O.Məmmədov qeyd edib ki, bu il ərzində yeni bölgələrdə “KOB dostu” şəbəkəsinin əhatə dairəsi daha da genişlənib: "Sahibkarlarımızın idxal-ixrac əməliyyatlarının asanlaşdırılması üçün Xaçmaz rayonunun Xudat şəhərində “KOB evi”nin xidmətlər mərkəzi istifadəyə verilib. “Bakı KOB evi”ndə “KOB gömrük anbarı” təşkil olunub. Bu il, həmçinin dövlət-universitet-özəl sektor əməkdaşlığı çərçivəsində “KOB model-müəssisə” yaradılıb. Ölkəmizdə yeni təcrübə olan və zəruri avadanlıqlarla təchiz edilmiş model-müəssisədə nəzəri bilikləri təcrübədə sınaqdan keçirmək, istehsal prosesində resursa, vaxta və xərclərə qənaət üsullarını öyrənmək mümkündür. Bununla yanaşı, KOB inkişaf mərkəzləri tərəfindən təmin edilən pulsuz təlim və konsaltinq xidmətləri, daxili bazar araşdırmaları, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə qrant proqramı, vergi güzəştlərini əhatə edən Startap şəhadətnaməsinin verilməsi, iri ticarət şəbəkələrinə çıxış, yerli və beynəlxalq sərgilərdə iştirak üzrə dəstək tədbirləri və s. bizneslərin inkişafı üçün sahibkarların istifadəsində olub".


İqtisadçı-ekspert Fuad İbrahimli "Sherg.az"a açıqlamasında deyib ki, sahibkarların fəaliyyətinin stimullaşdırılmasında ən adekvat Vergi Xidməti tərəfindən adekvat reaksiyalar verilir. Ekspertin sözlərinə görə, son dövrlərdə sahibkarların fəaliyyətinin stimullaşdırılması yönündə bir sıra addımlar atılıb, vasitələr tətbiq edilib:

 "Sahibkarların vergi yükündən azad olması, vergi ödənişi ilə bağlı hansısa məsuliyyətə cəlb olunmaması olduqca faydalıdır. Belə olan halda sahibkar özünü daha rahat hiss edir, praqmatik tədbirlər görür. Dövlət qurumları tərəfindən digər güzəştlər də tətbiq olunur. Təbii ki, bunların hamısı təqdirəlayiqdir. Amma nəzərə alaq ki, sadəcə vergi güzəştləri ilə iş bitmir. Nəzərə alaq ki, Respublika ərazisində istənilən biznes fəaliyyətinə başladıqda müəyyən kommunal xidmətlərin texniki şərtləri də gündəmə gəlir. Bu sahədə kifayət qədər bahalaşmalar var. Düzdür, işğaldan azad olunmuş torpaqlarımızda kommunal xidmətlərlə bağlı məsələlər də həllini tapıb. Yaxşı olar ki, ölkəmizin digər regionlarında da bu xidmət sahəsi nəzərə alınsın. Əgər başqa bölgələrdə də kommunal xidmətlərin texniki şərtləri ilə bağlı güzəştlər tətbiq olunarsa, həmin regionlar da iqtisadi canlanar, dinamika artar. Qeyri-neft sektorunun inkişafını durmadan sürətləndirməliyik. Ümumən, indiki göstəricilərə əsasən vurğulamaq lazımdır ki, bu cür güzəştlərin tətbiq olunması kiçik və orta biznesin, sahibkarlıq mühitinin inkişafına birmənalı şərait yaradır, müsbət impuls verir". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Dekabr 2024 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri