Icma.az
close
up
RU
Dövlət İdarəçilik Akademiyasında icra hakimiyyəti orqanları üçün təlimlərə başlanılıb

Dövlət İdarəçilik Akademiyasında icra hakimiyyəti orqanları üçün təlimlərə başlanılıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 24 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında icra hakimiyyəti orqanlarının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər şöbələrinin rəhbərləri üçün nəzərdə tutulmuş təlim proqramının açılışı olub.

Təlim Prezident İlham Əliyevin “Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” 2014-cü il 11 dekabr tarixli Fərmanı və həmin sənədə edilmiş dəyişikliklərlə bağlı 2025-ci il 15 may tarixli Fərmana əsasən təşkil edilib.

Dövlət İdarəçilik Akademiyasından AZƏRTAC-a bildirilib ki, təlim proqramı “Dövlət idarəçiliyində inkişaf göstəriciləri və onların ölçülməsi” mövzusuna həsr edilib.

Təlimin ilk günündə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov çıxış edərək dövlət idarəçiliyində nəticəyönümlü fəaliyyətin təşviq olunmasının, strateji planlaşdırma və idarəetmə indikatorlarının tətbiqinin əhəmiyyətini vurğulayıb. Akademik Urxan Ələkbərov, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən idarəçilik islahatları, şəffaflıq və səmərəliliyə əsaslanan yeni idarəetmə modelinin mahiyyəti barədə geniş məlumat verib.

Dörd moduldan ibarət olan bu təlim proqramı iqtisadi, humanitar, sosial və korporativ idarəetmə sahələrini əhatə edir. Təlimin keçirilməsində əsas məqsəd yerli icra hakimiyyəti orqanlarında rəhbər vəzifə tutan kadrların müasir dövlət idarəçiliyi sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən inkişaf göstəricilərinin formalaşdırılması və onların effektiv ölçülməsi sahəsində praktiki vərdişlərin aşılanmasıdır.

Ümumilikdə həftədə iki dəfə olmaqla 48 saatlıq təlim proqramının dekabrın 11-dək hibrid formada keçirilməsi nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Sentyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri