Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Qlobal idarəetmə, iqtisadi inteqrasiya ANALİTİK

Qlobal idarəetmə, iqtisadi inteqrasiya ANALİTİK

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Davos İqtisadi Forumu və Beynəlxalq münasibətlərdə rolu

Davos İqtisadi Forumu rəsmi olaraq Ümumdünya İqtisadi Forumu (World Economic Forum – WEF) adlanır və hər il İsveçrənin Davos şəhərində keçirilən toplantılarla qlobal siyasi və iqtisadi gündəmi formalaşdıran əsas platformalardan biridir. Forum təkcə iqtisadi məsələlərin müzakirə edildiyi məkan deyil, eyni zamanda qlobal güc mərkəzlərinin dialoq apardığı qeyri-rəsmi strateji laboratoriya rolunu oynayır. Bu platformada dövlət başçıları, beynəlxalq təşkilatlar, transmilli korporasiyalar, maliyyə institutları, akademik dairələr və vətəndaş cəmiyyəti nümayəndələri bir araya gələrək XXI əsrin əsas çağırışlarını müzakirə edirlər.

Yaranması və fəaliyyət dairəsi

Ümumdünya İqtisadi Forumu 1971-ci ildə alman iqtisadçısı Klaus Şvab tərəfindən yaradılıb. Qeyri-hökumət, qeyri-kommersiya təşkilatıdır. Qərargahı Cenevrədə yerləşir. “Dövlət–biznes–cəmiyyət” əməkdaşlığı modelini təşviq edir. Davos Forumu qlobal iqtisadi siyasət, maliyyə və investisiya axınları, geosiyasi risklər, enerji və iqlim dəyişiklikləri, rəqəmsal transformasiya, sosial bərabərlik və inklüziv inkişaf, texnoloji innovasiyalar kimi sahələri əhatə edir. Forum təkcə illik toplantılarla məhdudlaşmır, ilboyu tematik sammitlər, regional forumlar, analitik hesabatlar və qlobal risk indeksləri hazırlayır.

Davos Forumu dünya ölkələri üçün nə ifadə edir?

Qlobal gündəmin formalaşdırılmasında Davos Forumunun çox böyük əhəmiyyəti var. Davosda səsləndirilən ideyalar sonradan G7, G20, BMT və Dünya Bankı gündəminə düşür. Qlobal siyasət üçün “ideoloji eskiz” rolunu oynayır, eyni zamanda qeyri-rəsmi diplomatiya platformasıdır. Rəsmi danışıqların mümkün olmadığı şəraitdə liderlər üçün “arxa qapı diplomatiyası” imkanı yaradır. Həmçinin indiki reallıqlar şəraitində münaqişə tərəfləri üçün dialoq mühiti formalaşır.

İqtisadi inteqrasiya mühitində kiçik və orta ölkələr üçün fürsət pəncərəsi, öz investisiya və iqtisadi potensialını tanıtmaq imkanı, qlobal investorlarla birbaşa təmas, beynəlxalq imicin gücləndirilməsi kimi platform müəyyənləşdirir. Davosda müzakirə olunan əsas mövzular və onların beynəlxalq münasibətlərə təsiri də olduqca maraqlıdır. Qlobal iqtisadi inteqrasiya və deqlobalizasiya son illər Davosun əsas mövzularından birinə çevrilib. Qlobal ticarətin fragmentasiyası, proteksionizmin artması, regional iqtisadi blokların güclənməsi günün reallığına çevrilib.

Forumda müzakirələr göstərir ki, tam qlobalizasiya modeli zəifləyir, əvəzində “selektiv inteqrasiya” və “dostlar arasında ticarət” konsepsiyası önə çıxır. Davos ABŞ–Çin rəqabətini, Rusiya–Qərb qarşıdurmasını, Yaxın Şərq və Ukrayna böhranlarını qlobal iqtisadi sabitlik kontekstində təhlil edir. Bu müzakirələr dövlətlərin xarici siyasət prioritetlərinə dolayı təsir göstərir. Beynəlxalq maliyyə bazarlarında gözləntiləri formalaşdırır. Karbon neytrallığı, yaşıl enerji keçidi, enerji marşrutlarının təhlükəsizliyi, xüsusilə enerji ixracatçısı olan ölkələrin strateji rolunu artırır, yeni geoiqtisadi alyanslar yaradır.

Davos və beynəlxalq inteqrasiya

Davos Forumu qlobal iqtisadi qaydaların “laboratoriyası” rolunu oynayır və yeni maliyyə və texnoloji standartların ilkin müzakirə məkanı kimi xüsusi önəm daşıyır. Forumun inteqrasiya proseslərinə təsiri rəqəmsal iqtisadiyyat üzrə vahid yanaşmalarla, ESG (ekoloji, sosial və idarəetmə) standartlarının təşviqi ilə, transsərhəd investisiya mexanizmlərinin inkişafı ilə özünü göstərir. Bu mənada Davos qlobal iqtisadi inteqrasiyanın ideoloji və normativ bazasını formalaşdıran mərkəzlərdən biridir.

Davos İqtisadi Forumu və Azərbaycan

Azərbaycan uzun illərdir Davos Forumunda Prezident səviyyəsində, dövlət–özəl sektor əməkdaşlığı formatında iştirak edir. Azərbaycanın əsas mesajları enerji təhlükəsizliyində etibarlı tərəfdaşlıq, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri, post-münaqişə dövründə regional sabitlik, yaşıl enerji və bərpa olunan resurslardır. Və burada Azərbaycanın qazandığı üstünlüklər qlobal investorlarla birbaşa dialoq, enerji və nəqliyyat layihələrinin tanıdılması, ölkənin geosiyasi əhəmiyyətinin vurğulanması, yeni texnologiya və maliyyə əməkdaşlıqları üçün zəmin hazırlamaqdır.

Enerji diplomatiyasının genişləndirilməsi, qaz və bərpa olunan enerji layihələrinin sinxron təqdimatı, Avropanın enerji təhlükəsizliyində rolun möhkəmləndirilməsi, o cümlədən rəqəmsal və yaşıl gündəliyə aktiv inteqrasiya, “Yaşıl Zəngəzur” və alternativ enerji layihələrinin tanıdılması, rəqəmsal tranzit və smart logistika təşəbbüsləri dövlətimizin dünya birliyinə inteqrasiyasında prioritetdir.

Azərbaycan Qarabağ münaqişəsini təkbaşına, beynəlxalq qanunlar və beynəlxalq təşkilatların qərarlarına uyğun olaraq ədalətli şəkildə həll edib. Bu gün işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri aparılır, müqalayihələr həyata keçirilir. Azərbaycan bunu post-münaqişə region modeli kimi təqdim edir. Qarabağ və Şərqi Zəngəzurun bərpa təcrübəsi, dayanıqlı inkişaf və reinteqrasiya modeli dünya birliyi tərəfindən qəbul edilir.

Davos Forumu “Qlobal elitaların klubu” olmaqda, real problemlərdən uzaq qalmaqda, sosial bərabərsizliyi dərinləşdirən siyasətləri legitimləşdirməkdə tez-tez tənqid olunur. Lakin reallıq budur ki, qlobal qərarların böyük hissəsi məhz bu tip platformalarda formalaşır. Davos rəsmi qərar qəbul etmir, amma qərarların intellektual əsasını yaradır. Davos qlobal gücün görünməyən mərkəzi, qlobal idarəetmənin qeyri-rəsmi sütunlarından biri kimi çıxış edir. Beynəlxalq münasibətlərə dolayı, lakin dərin təsir göstərir. İqtisadi inteqrasiyanın ideoloji xəritəsini cızır.

Azərbaycan üçün isə Davos qlobal sistemdə mövqeyini möhkəmləndirmək, yeni iqtisadi və siyasi tərəfdaşlıqlar qurmaq, regional liderlik iddiasını gücləndirmək üçün mühüm platformadır. Əsas məsələ forumda iştirak yox, orada formalaşan qlobal narrativlərin aktiv iştirakçısına çevrilməkdir. Davos Forumu qlobal iqtisadi siyasətin yalnız müzakirə edildiyi deyil, həm də şəkilləndirildiyi və yönləndirildiyi məkandır.

Son illərdə qlobal iqtisadi siyasət aşağıdakı ziddiyyətlər fonunda formalaşır, ABŞ–Çin iqtisadi rəqabəti, enerji təhlükəsizliyi və iqlim gündəliyinin toqquşması hadisələri bir az daha gərgin fazaya aparır. Məhz bu mürəkkəb reallıqlar Davos Forumunu qlobal iqtisadi siyasətin əsas diskussiya meydanına çevirir. Davos Forumu rəsmi qərarlar qəbul etmir, amma qlobal qərarların intellektual və konseptual əsasını formalaşdırır. Forumda səslənən ideyalar sonradan G7 və G20 sammitlərində, beynəlxalq maliyyə institutlarında, regional iqtisadi bloklarda reallaşmağa başlayır.

Davosda qlobal iqtisadi siyasət aşağıdakı başlıqlar altında müzakirə olunur. Dünya iqtisadiyyatının dayanıqlığı, enerji bazarlarının gələcəyi, investisiya mühitinin dəyişməsi, rəqəmsal iqtisadiyyat və süni intellect, sosial bərabərsizlik və inklüziv inkişaf kimi müzakirələr dövlətlər üçün strateji siqnallar rolunu oynayır. Azərbaycan Davos Forumunda uzunmüddətli və ardıcıl iştirak edən ölkələrdəndir və tədbirlərdə dövlət başçısı səviyyəsində təmsil olunur. Enerji, nəqliyyat və regional təhlükəsizlik mövzularında aktiv mövqe nümayiş etdirir. Azərbaycan Davosda özünü enerji təhlükəsizliyinin təminatçısı, regional nəqliyyat qovşağı və etibarlı tərəfdaş kimi təqdim edir.

Davos–Azərbaycan münasibətlərinin əsas istiqamətləri enerji əməkdaşlığı, investisiya cəlbi, yaşıl enerji və iqlim gündəliyi, rəqəmsal və logistika layihələridir. Prezident İlham Əliyevin Davos Forumlarında iştirakı Azərbaycanın qlobal liderlərlə birbaşa dialoq qurmasına imkan yaradır. İlham Əliyevin Davos çərçivəsində keçirdiyi görüşlər əsasən aparıcı dövlətlərin liderləri, beynəlxalq maliyyə institutlarının rəhbərləri, transmilli enerji və texnologiya şirkətlərinin icraçı direktorları arasında keçirilir. Bu görüşlərin Azərbaycan üçün real faydaları enerji strategiyasının möhkəmləndirilməsi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu beynəlxalq səviyyədə təsdiqlənib. Qaz və alternativ enerji layihələri üzrə etibarlı tərəfdaş imici formalaşıb.

Davosda aparılan təmaslar birbaşa xarici investisiyaların artmasına, Azərbaycan bazarına marağın yüksəlməsinə zəmin yaradıb. Nəqliyyat və logistika layihələrinin təşviqi, Şərq–Qərb və Şimal–Cənub dəhlizləri qlobal auditoriyaya təqdim edilib. Azərbaycan tranzit ölkə kimi mövqeyini gücləndirib. Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq prosesi beynəlxalq biznes dairələrinə çatdırılıb. Regionun investisiya potensialı ön plana çıxarılıb.

Azərbaycanın gələcək üçün əsas prioritetləri yaşıl enerji layihələrinin beynəlxalq kapitalla inteqrasiyası, rəqəmsal iqtisadiyyat və smart logistika təşəbbüsləri, regional sabitlik modeli kimi Azərbaycanın təqdimatı kimi önəmli məsələlərdir. Davos Azərbaycan üçün qlobal iqtisadi siyasətdə passiv iştirakçı yox, aktiv mövqe formalaşdıran tərəfdaş statusu qazanmaq imkanıdır. Qlobal iqtisadi siyasət artıq yalnız rəqəmlər və bazarlar üzərində qurulmur. Bu siyasət geosiyasi baxışların, enerji strategiyalarının və texnoloji üstünlüklərin sintezinə çevrilib. Davos Forumu isə bu sintezin əsas intellektual platformalarından biridir.

Azərbaycanın milli maraqlarının qlobal gündəmə çıxarılması, ölkənin strateji çəkisinin artması, uzunmüddətli iqtisadi və siyasi dividendlərin yaranması baxımından Davos Forumu Azərbaycan üçün sadəcə beynəlxalq tədbir deyil, qlobal iqtisadi siyasətdə mövqelərin möhkəmləndirildiyi strateji meydandır.

V.VƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Yanvar 2026 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri