Icma.az
close
up
RU
Dövlət idarəçiliyinin ən ali fəlsəfəsi

Dövlət idarəçiliyinin ən ali fəlsəfəsi

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Tarixə bu günün gözü ilə baxanda bəzən bir sual yaranır: 1969-cu ilin 14 iyulu niyə bu gün də xüsusi ehtiramla xatırlanır? Cavab təkcə həmin gün rəhbərlikdə dəyişiklik baş verməsində deyil. Əsas səbəb odur ki, məhz həmin tarixdən etibarən Azərbaycanın inkişafına strateji yanaşmanın və gələcəyə hesablanmış dövlətçilik düşüncəsinin əsası qoyuldu.
Dövlətlərin tarixində elə məqamlar olur ki, onların əhəmiyyəti illər keçdikcə daha aydın görünür. 14 iyul Azərbaycan üçün məhz belə tarixlərdəndir. Həmin dövrdə ölkəmiz müstəqil olmasa da, Heydər Əliyev anlayırdı ki, gələcək güclü dövlət ilk növbədə peşəkar milli kadrlar, güclü iqtisadiyyat, inkişaf etmiş elm və təhsil, milli-mənəvi dəyərlərə bağlı cəmiyyət üzərində qurulmalıdır. Buna görə də həyata keçirilən siyasət yalnız dövrün tələblərinə deyil, Azərbaycanın gələcəyinə hesablanmışdı.
Sonrakı hadisələr göstərdi ki, bu yanaşma təsadüfi deyildi. Müstəqilliyimizin ilk illərində dövlətçiliyimizin qorunması, hüquqi dövlət quruculuğu və Azərbaycanın inkişaf yolu həmin strateji baxışın nə qədər möhkəm təməllərə söykəndiyini təsdiqlədi.
Ümummilli Lider Heydər Əliyev deyirdi: “Həyatda insan hər şeyi öyrənir, iki keyfiyyətdən başqa: sədaqət və cəsarət. Bu keyfiyyətlər insanın qanında olur.”
Bu fikir əslində dövlət idarəçiliyinin də fəlsəfəsidir. Dövlətə sədaqət olmadan milli maraqları qorumaq, cəsarət olmadan isə taleyüklü qərarlar qəbul etmək mümkün deyil. Heydər Əliyevin siyasi fəaliyyətinin əsasını da məhz bu dəyərlər təşkil edirdi.
Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kurs yeni tarixi şəraitdə uğurla davam etdirilir. Azərbaycanın suverenliyinin tam bərpa olunması, beynəlxalq nüfuzunun möhkəmlənməsi və milli maraqlarının qətiyyətlə müdafiə edilməsi bu strateji varisliyin ən parlaq nəticələridir.
14 iyul təkcə keçmişə ehtiram günü deyil. Bu tarix bizə xatırladır ki, dövlətlərin gücü yalnız iqtisadi və hərbi imkanlarla deyil, uzaqgörən liderlik, dövlətə sədaqət və cəsarətli qərarlarla müəyyən olunur. Məhz buna görə 14 iyul Azərbaycan dövlətçilik tarixində xüsusi məna daşıyan dönüş nöqtələrindən biri kimi qalır.
Əminə Ağazadə
Milli Məclisin deputatı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 İyul 2026 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri