Icma.az
close
up
RU
Dövlət idarəçiliyinin xərcləri optimallaşdırılmalıdır

Dövlət idarəçiliyinin xərcləri optimallaşdırılmalıdır

Icma.az bildirir, Sherg.az portalına istinadən.

 Büdcəni elə tərtib etməliyik ki, vətəndaş gündəlik həyatında onun müsbət təsirini hiss etsin

 

“Bu isə yalnız rəqəmlərlə yox, real iqtisadiyyatın real vəziyyətini qəbul edib ona uyğun addımlar atmaqla mümkündür”

 Milli Məclisin 2026-cı ilin büdcə zərfinə dair üç günlük (19, 20 və 21 noyabr) müzakirələr dünən də davam edib. İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak ediblər. Müzakirələrdən sonra 2026-cı ilin büdcəsi birinci oxunuşda qəbul edilib.

Millət vəkili Səyyad Aran deyib ki, İmişli rayon 1 saylı tam orta məktəbində şagird sıxlığı müşahidə olunur. Deputatın sözlərinə görə, İmişlidə bu məktəbin yerləşdiyi ərazidə əhali sıx məskunlaşıb və burada gündə orta hesabla 1500-ə yaxın şagird təhsil alır: "28 otağı və yaxşı infrastrukturu olsa da, məktəb saat 8-dən axşam 18:00-a qədər tam yüklənmiş vəziyyətdə çalışır. Hətta iki növbənin öhdəsindən gəlməkdə çətinlik yaranır. Mən bir müddət əvvəl təklif etmişdim ki, modul tipli əlavə məktəblər tikilsin, ibtidai siniflər əsas binadan çıxarılsın. Bu, həm təhlükəsizliyə, həm də tədrisin keyfiyyətinə müsbət təsir edər". Səyyad Aran məktəbin təsərrüfat məsələlərinə də toxunaraq əlavə edib ki, binada çoxlu sayda köhnə masa, stul, şkaf və digər əşyalar var, lakin məktəb rəhbərliyi onları silinmə aktı olmadan inventardan çıxarmağa cəsarət etmir: “Məktəbin rəhbəri ehtiyat edir ki, sonradan məsuliyyət məsələsi yarana bilər”.

"Futbolun inkişafı üçün potensial böyükdür, lakin şərait qənaətbəxş deyil"

Deputat daha iki təhsil müəssisəsinin - Çaxırlı və Bəhrəmtəpə-Hacıbabalı kənd tam orta məktəblərinin vəziyyətinə toxunub. O, bu məktəblər üçün əvvəllər görülən işlərin mətbuatda əks olunduğunu xatırladaraq bildirib ki, hazırda onların ən böyük problemi stadion məsələsidir: "Bəhrəmtəpə futbol məktəbi Azərbaycan futboluna "Qarabağ" klubunun və milli komandanın üzvü Bəhlul Mustafazadə kimi oyunçu bəxş edib. Bu, regionda futbolun inkişafı üçün potensial böyükdür, lakin şərait qənaətbəxş deyil. Stadionun mühafizəsinin təmin edilməsi, həmçinin cüzi inventar - bir neçə set formalar, 5-6 top, 2 qapı toru və digər avadanlıq verilsə, nəticələr daha yaxşı olar". Millət vəkili sonda qeyd edib ki, sözügedən problemlər böyük maliyyə tələb etmir, lakin onların həlli təhsilin keyfiyyətinə və şagirdlərin inkişafına ciddi təsir göstərəcək.

"Nazirlik həssas təbəqədən olan vətəndaşlar üçün fərdi ev və ya çoxmənzilli bina tikmir"

Milli Məclisin deputatı Vasif Qafarov deyib ki, Lerik rayonunda indiyə kimi mənzil növbəsində duran 102 nəfər şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib. Hazırda rayonda 282 nəfər həssas təbəqədən olan vətəndaş mənzil növbəsindədir. Rayonda bu təbəqədən olan vətəndaşlar üçün sonuncu ev 2019-cu ildə tikilib. O qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həssas təbəqədən olan vətəndaşlar üçün fərdi ev və ya çoxmənzilli bina tikmək işini dayandırıb: "Nazirlik bu məqsədlə yalnız hazır evlərin satın alınmasını həyata keçirir: "Təmsil etdiyim Lerik və Astara rayonlarının kəndlərində də satışda olan hazır evlər yoxdur ki, Nazirlik onları alıb həmin vətəndaşlara təqdim etsin. Nazirlik kvadrat hesabı ilə mənzil alacaq deyə, sahibkarlar bu məqsədlə çoxmənzilli bina tikməkdə də maraqlı deyillər. Buna görə də təklif edirəm ki, həssas təbəqədən olan vətəndaşları mənzillə təmin etmək üçün Nazirlik tərəfindən çoxmənzilli binalar və fərdi evlərin tikintisi həyata keçirilsin. Və ya şəhid ailələri və müharibə əlillərinə mənzil vermək üçün nəzərdə tutulan vəsait bu kateqoriyadan olan insanların özlərinə verilsin. Vətəndaş özü öz evini tiksin və ya harada istəyirsə, özünə mənzil alsın. Bununla da, bu məsələ həll edilmiş olsun”.

"Qiymətlər sürətlə artır, sosial həssas qruplar daha çox çətinliklə üzləşir"

Millət vəkili Razi Nurullayev deyib ki, təqdim olunan büdcə layihəsini diqqətlə təhlil etdikdə görürük ki, bir sıra fundamental suallar açıq qalır. Çünki gəlirlərin mühüm hissəsi hələ də neft-qaz sektorundan asılı vəziyyətdədir: "Əsas fokusu qeyri-neft sektorunun inkişafına yönəltməliyik. Bu sahədə, zənnimcə, daha çox təşəbbüs edirik, danışırıq, real nəticə isə zəifdir. Çünki qeyri-neft sektorunun artımı əsasən neft və qaz layihələrinə bağlı sahələrin inkişafından qaynaqlanır və bunu real artım kimi görmək nə dərəcədə düzgündür?". O qeyd edib ki, inflyasiya və əhalinin alıcılıq qabiliyyəti məsələsi diqqətdə saxlanılmalıdır: “Büdcə layihəsində sosial paket normaldır, artımlar nəzərdə tutulub. Amma gəlin etiraf edək, bu artımlar insanların minimal yaşayış tələbləri və real inflyasiya fonunda əhəmiyyətini itirir. Qiymətlər sürətlə artır, orta təbəqə daralır, sosial həssas qruplar daha çox çətinliklə üzləşir. Əməkhaqqı və pensiya artımları var, real bazarda isə bu artımın təsiri hiss olunmur. Büdcədə investisiya layihələri üçün böyük məbləğ nəzərdə tutulsa da, şəffaflıq hələ də əsas problem olaraq qalır. Hansı layihənin ölkə iqtisadiyyatına hansı effekt verəcəyi konkret şəkildə göstərilmir. İnvestisiya proqramlarında prioritetlər bəzən siyasi, bəzən inzibati qərarlarla formalaşır, iqtisadi rasional yanaşma isə ikinci plana keçir. Nəticədə xərclərin effektivliyi azalır. Büdcə vəsaiti xərclənir, amma ölkə iqtisadiyyatı həmin xərclərin dəyərini tam qaytara bilmir”.

"Regionlar iqtisadiyyatın sütunudur"

Deputat bildirib ki, büdcə bölgüsü yenə də mərkəz yönümlüdür: “Regionlarda demoqrafik boşalma, işsizlik davam edir. Regionlara ayrılan vəsaitlər struktural dəyişikliklərə deyil, daha çox görünüşü gözəl layihələrə yönəlir. Bu isə strateji yanaşma deyil. Regionlar iqtisadiyyatın sütunudur və onların inkişafı olmadan qeyri-neft sektorunun artımından danışmaq mümkün deyil. Regionlar iqtisadi sərbəstlik və iqtisadi idarəçilik məsələsində mərkəzdən asılı duruma salınmamalıdır. Nə qədər ki, bu belə olacaq, regionlar istədiyimiz kimi inkişaf etməyəcək”.

"Bu qədər nəzarətə nəzarət qurumuna, bu qədər icra orqanlarına nə ehtiyac var ki?"

Razi Nurullayev bildirib ki, büdcə xərcləri arasında dövlət idarəçiliyinə ayrılan vəsait yenə yüksəkdir: “Biz dövlət aparatını optimallaşdırmadan, idarəetməni şəffaflaşdırmadan xərcləri effektiv edə bilmərik. Bu qədər nəzarətə nəzarət qurumuna, bu qədər icra orqanlarına nə ehtiyac var ki? İqtisadi regionlar üzrə bir icra orqanı və Prezidentin siyasətini müəyyənləşdirən və siyasi vəzifə daşıyan səlahiyyətli nümayəndə daha çevik və səmərəli inkişafa təkan verə bilər. Tənqidim destruktiv deyil, əksinə, konstruktivdir. Çünki büdcə bizim ortaq sənədimizdir, ölkənin iqtisadi taleyini müəyyən edən çərçivədir. Mən hesab edirəm ki, büdcənin gəlirlər hissəsi daha realist və diversifikasiya olunmuş şəkildə tərtib edilməlidir. Sosial sahədə artımlar real inflyasiya ilə müqayisədə daha adekvat olmalıdır. İnvestisiya proqramları tam şəffaf və nəticəyönümlü struktura salınmalıdır. Regionlara ayrılan vəsaitlər real istehsal və məşğulluq yaradan layihələrə yönəldilməlidir. Dövlət idarəçiliyinin xərcləri optimallaşdırılmalıdır. Büdcəni elə tərtib etməliyik ki, vətəndaş gündəlik həyatında onun müsbət təsirini hiss etsin. Bu isə yalnız rəqəmlərlə yox, real iqtisadiyyatın real vəziyyətini qəbul edib ona uyğun addımlar atmaqla mümkündür”.

Büdcədə neft və qazın payının yüksək olması barədə fikirlər reallığı əks etdirmir

Deputat Vüqar İskəndərov deyib ki, büdcədə hələ də neft və qazın payının yüksək olması barədə fikirlər reallığı əks etdirmir. O bildirib ki, gələn ilin büdcəsi cəmiyyətin hərtərəfli inkişafına xidmət edir: “Eyni zamanda büdcənin mühüm xüsusiyyətlərindən biri də qeyri-neft sektorunun payının bu dəfə daha yüksək faizlə təmsil olunmasıdır. Bu, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində atılan addımların və qeyri-neft-qaz sektoruna yönəlmiş investisiyaların artıq bəhrə verdiyinin göstəricisidir. 2026-cı ilin büdcəsində hələ də neft və qazın payının yüksək olması barədə fikirlər reallığı əks etdirmir. 2026-cı il dövlət büdcəsində qeyri-neft-qaz sektorunun payı 57.4 faiz təşkil edəcək. Büdcə gəlirlərinin 57.4 faizi, vergi daxilolmalarının isə 78.7 faizi məhz qeyri-neft-qaz mənbələri hesabına formalaşacaq. Bu isə iqtisadiyyatımızın və dövlət büdcəsinin dayanıqlığını təsdiq edir”.

17 mindən çox işsiz və iş axtaran peşə hazırlığına cəlb olunacaq

Milli Məclisin deputatı Musa Quliyev deyib ki, işsizlikdən Sığorta Fondunun 2026-cı il büdcə xərclərindən 26 milyon manat, yaxud 9,8 faiz peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinə yönəldiləcək. O bildirib ki, bu vəsait 17500 nəfər işsiz və iş axtaran şəxsin peşə hazırlığına cəlb olunmasına imkan verəcək: "Peşə hazırlığının təşkili xərcləri, həmçinin sosial iş yerlərində işçilərin əməkhaqlarının bir hissəsinin maliyyələşdirilməsi xərcləri, habelə digər aktiv tədbirlər üçün xərclər cari il ilə eyni səviyyədə qalır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Noyabr 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see322

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see272

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see229

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see225

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see222

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see220

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see219

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see216

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see215

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see212

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see204

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see200

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see194

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see193

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see183

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see181

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see180

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see179

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see172

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri