Dövlət İmtahan Mərkəzi “Gənc psixometrik” təcrübə proqramına başlayır
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dövlət İmtahan Mərkəzi (DİM) “Gənc psixometrik” təcrübə proqramına başlayır.
"Report" xəbər verir ki, bunu DİM rəhbəri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
Sədr üç ay müddətində davam etməsi nəzərdə tutulan təcrübə proqramının əsas məqsədinin təhsilin qiymətləndirilməsi və psixometriya sahəsində nəzəri və praktik biliklərin mənimsənilməsi, statistik təhlil metodlarının öyrədilməsi və qiymətləndirmə alətlərinin effektiv tətbiq edilməsi üçün mütəxəssislər hazırlamaq olduğunu qeyd edib:
"Bu proqrama gənclər və təcrübəli müəllimlər qoşula bilər. Müəyyən imtahan və sınaqlardan sonra onlar bu prosesə cəlb ediləcək. Marker və qiymətləndirmə mütəxəssisləri bizə çox lazımdır. Bu sahəyə əmək bazarında kifayət qədər ehtiyac var".
Baxış sayı:120
Bu xəbər 19 Dekabr 2024 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















