Dövlət İnvestisiya Proqramının tərtibi qaydalar yeniləndi
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Prezident İlham Əliyev Dövlət investisiya proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, fərmana əsasən, "Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları” yenilənib.
Nazirlər Kabineti Proqrama daxil edilən investisiya layihələrinin icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi qaydasını iki ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyi Qaydalarda qeyd olunan formaları iki ay müddətində təsdiq etməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Yeni qaydalar 2025-ci il aprelin 1-nə qədər tərtib olunmuş investisiya layihələrinə və onların qiymətləndirilməsinə şamil edilmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 20 Dekabr 2024 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















