Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Dövlət Proqramının uğurlu icrası

Dövlət Proqramının uğurlu icrası

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Bakının və Abşeronun su-kanalizasiya şəbəkəsi yenilənir

Son illərdə Bakı şəhərinin genişlənməsi, paytaxtda əhali sayının sürətlə artması muhəndis-kommunikasiya infrastrukturunun müasirləşdirilməsi və onların ötürücülük imkanlarının genişləndirilməsi zərurətini gündəmə gətirib. Kanalizasiya və kollektorlara axıdılan tullantı sular normadan dəfələrlə çoxdur. Eyni zamanda, intensiv yağan yağışlar paytaxtın küçələrində, ayrı-ayrı yaşayış məntəqələrində arzuolunmaz vəziyyət yaradır - bəzi yollar, keçid və tunellər, həyətyanı ərazilər subasmaya məruz qalır və gediş-gəliş çətinləşir.

Bir qədər keçəcək, paytaxtımızın və ətraf qəsəbələrin su və kanalizasiya problemləri barədə keçmiş zamanda danışacaqğıq. Artıq Bakı şəhərində və Abşeronda problemin həlli istiqamətində tədbirlərin görülməsinə start verilib. Belə ki, “Bakı şəhərinin baş planı - 2040” sənədinə uyğun qaydada, eləcə də Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla təsdiqlənən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı” çərçivəsində paytaxtda və ətraf qəsəbələrdə içməli su təchizatı və kanalizasiya şəbəkəsinin genişləndirilməsi layihələri həyata keçirilir.

Paytaxtın su və kanalizasiya infrastrukturunun yenilənməsi hansı istiqamətlərdə həyata keçiriləcək?

“Bakı şəhərinin baş planı - 2040” sənədi dünyanın iri meqapolislərinin qabaqcıl təcrübəsi  və paytaxtımızın relyef xüsusiyyətləri, şəhərsalma ənənələri  nəzərə alınmaqla hazırlanıb. Sənəd Baş nazirin 2023-cü il 30 dekabr tarixində imzaladığı Qərarla təsdiqlənib. Baş plan 2040-cı ilədək dövrü əhatə edən mərhələdə paytaxtımızın inkişaf prioritetlərini müəyyənləşdirir. Burada şəhər təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafına strateji yanaşma ortaya qoyulub ki, su və kanalizasiya şəbəkəsinin fiziki imkanlarının genişləndirilməsi də  bu sırada yer alır. O cümlədən paytaxtımızın su və kanalizasiya şəbəkəsinin müasirləşdirilməsi məqsədilə aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulub:

- 2040-cı il üçün Bakı və Abşeron yarımadasında içməli suya olan gündəlik tələbatın indiki 1,080 milyon m3 səviyyəsindən 1,109 milyon m3-dək yüksəlməsi ehtimal olunur;

- Su təchizatının davamlılığını və dayanıqlığını təmin etmək üçün yeni su anbarlarının və magistral su xətlərin inşası nəzərdə tutulur;

- İçməli sudan səmərəli istifadə edilməsi üçün şəbəkədə mövcud olan itkilərin əhəmiyyətli dərəcədə azaldılması planlaşdırılır;

- Hazırda Bakı şəhərində məskunlaşmış əhalinin 72 faizə qədəri mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulub, bu sistemə axıdılan tullantı sularının bir hissəsi 581 m3/gün təmizlənərək Xəzər dənizinə buraxılır;

- Kanalizasiya sisteminin imkanlarının artırılması çərçivəsində 4 yeni lokal sutəmizləyici qurğuların inşası təklif edilir. Bu layihələrin icrası Bakı şəhəri üzrə tullantı sularının təmizlənməsi sisteminin məhsuldarlığını artırmağa imkan verəcək;

- Yerlərdə emal edilərək təmizlənmiş tullantı suları Böyükşor, Bülbülə, Xocəsən və Zığ göllərini qidalandıraraq su hövzələrinin balansını etibarlı hədlərdə qorumaqla yanaşı, texniki məqsədlər, ətraf ərazilərin suvarılması və yaşıllaşdırılması üçün il ərzində 171 milyon m3-ə qədər həcmdə əlavə texniki su hasil etmək imkanına malik olacaqdır.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, “Bakı şəhərinin baş planı - 2040” sənədində həmçinin şəhər ərazisində yağış drenaj boru xətləri ilə məişət kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub.”Layihəyə uyğun olaraq müxtəlif səthlərdən yağış suları mərkəzi sistemin borularına yönləndirilərək borular vasitəsilə yeraltı anbarlara toplanacaq. Daha sonra yağış suları filtrasiya və sterilizasiya proseslərindən keçirilərək istehsal sahələrində və suvarmada istifadəyə yönləndiriləcək.

Hazırda yağış və kanalizasiya kollektorlarının bəziləri eyni sistemlə idarə olunduğundan mövcud kanalizasiya sistemlərinin də dəfələrlə artıq yüklənməsinə səbəb olur. Lakin yeni layihənin tətbiqi imkan yaradacaq ki, mövcud problemlər minimuma endirilsin və su ehtiyatlarının artırılması istiqamətində yağış sularından da istifadə edilsin”, - deyə qurumun yaydığı məlumatda qeyd edilib.

Paytaxtın 64 yaşayış məntəqəsində kanalizasiya sistemi qurulacaq

“Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı” Prezident İlham Əliyevin 2026-cı il 12 yanvar tarixli Sərəncamı ilə təsdiqlənib. Sənədin icrası çərçivəsində Bakı və Abşeronda içməli su təchizatı və kanalizasiya şəbəkəsinin genişləndirilməsi həyata keçirilir. Nəticədə su təchizatının fasiləsiz rejimə keçirilməsi və içməli suya olan tələbatın 95 faiz ödənilməsi təmin olunacaq. Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) məlumatına əsasən, eyni zamanda Bakı şəhərinin 64 yaşayış məntəqəsində mərkəzləşdirilmiş kanalizasiya sisteminin qurulması, həmçinin yağış sularının idarə olunması məqsədilə şəhərin 30 əsas küçə və prospektində yeni kollektorların inşası nəzərdə tutulur.

Hazırda Dövlət Proqramının icrası uğurla təmin olunur. Belə ki, Bakı şəhəri və Abşeron rayonu ərazisində yeni kanalizasiya kollektorlarının və tullantı sularının təmizlənməsi qurğularının tikintisinə başlanılıb. Bu barədə Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdriyyətinin məlumatında bildirilib.

Qeyd olunduğu kimi, bu istiqamətdə hazırda Müşfiqabad layihəsi həyata keçirilir. Layihə çərçivəsində ümumi uzunluğu 17,1 kilometr olan kollektor xətti tikilir. Bu kollektor Xırdalan şəhəri ilə yanaşı Masazır, Aşağı Güzdək, 28 May və Müşfiqabad qəsəbələrini əhatə edir. Layihə həm kollektor xəttindən, həm də sutəmizləyici qurğudan ibarətdir.

Paralel şəkildə, gündəlik gücü 75 min kubmetr olan sutəmizləyici qurğunun tikintisi davam edir. Qurğunun əlavə 75 min kubmetrlik hissəsinin isə növbəti mərhələdə tikilməsi planlaşdırılır. Kollektor üzrə 7 şaxtada iş aparılır, onlardan 4-də işlər tamamlanıb, 3-də isə davam edir. Layihənin icra müddəti 3 il nəzərdə tutulub və daha tez başa çatdırılması üçün tədbirlər görülür.

Layihənin dəyəri sutəmizləyici qurğu üzrə 102 milyon manat, kollektor üzrə isə 135 milyon manat təşkil edir: “Layihə dövlət vəsaiti hesabına maliyyələşdirilir və əlavə vəsaitə ehtiyac gözlənilmir. Bakı üzrə əlavə olaraq 7 kollektor, 2 sutəmizləyici qurğu və nasos stansiyalarının tikintisi də davam etdirilir. Təmizləyici qurğudan çıxan su təmiz olacaq və suvarma məqsədilə istifadə oluna biləcək.Layihənin icrası Xəzər dənizinin ekoloji vəziyyətinə müsbət təsir göstərəcək”, - deyə məlumatda vurğulanır.

Pirşağı hövzəsində yeni kanalizasiya kollektoru tikilir 

Dövlət Su Ehtiyatları Agentliyi Bakı şəhəri və Abşeron rayonunda yeni kanalizasiya kollektorları və tullantı sutəmizləyici qurğuların tikintisi layihələrini davam etdirir. Layihələrdən biri Pirşağı hövzəsi üzrə icra olunur və Azərbaycan Prezidentinin imzaladığı 2026-2035-ci illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilir.

Ümumi uzunluğu 33 kilometr olan kollektor və yeni nasos stansiyası Bilgəh, Nardaran, Pirşağı, Novxanı, Goradil, Fatmayı, Saray, Zabrat, Balaxanı, Məhəmmədi və Kürdəxanı qəsəbələrində tullantı sularının idarə edilməsinə imkan yaradacaq.  Kollektor hövzə daxilində subasma hallarının qarşısını alacaq, Kürdəxanı və Zabrat gölləri ilə sahil boyu zonada ekoloji tarazlığı bərpa edəcək. Hazırda layihə çərçivəsində 9,8 kilometr təzyiqli tullantı su xətti və 3,9 kilometrlik koruge borunun tikintisi tamamlanıb. Digər diametrlərdə boru və mikrotunellərin çəkilməsi üzrə işlər davam edir. Pirşağı hövzəsi üzrə 31 şaxtadan 6-sı inşa olunub, qalan şaxtalarda və kanalizasiya nasos stansiyasında işlər davam etdirilir. ADSEA bildirir ki, bu tip layihələr, xüsusilə mikrotunel texnologiyası ilə qurulan kanalizasiya şəbəkələri, müasir və dayanıqlı olmaqla geniş ərazilərdə tikilə bilir və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradır.

Lökbatan hövzəsi üzrə ən müasir standartlar səviyyəsində qurulan infrastruktur

Dövlət Proqramı çərçivəsində icra olunan layihələrdən biri də Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğunun tikintisidir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib ki, ümumi uzunluğu 23 kilometr olan Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi, məhsuldarlığı gün ərzində 100 min kubmetr olan tullantı sutəmizləyici qurğunun qurulması nəticəsində bir sıra qəsəbələrin kanalizasiya təchizatı təmin ediləcək: “Həmçinin bu işlər çərçivəsində Bakı buxtasının, Xocəsən, Qırmızı, Qu və Lökbatan göllərinin ekoloji vəziyyəti yaxşılaşdırılacaq. Lökbatan tullantı sutəmizləyici qurğusu layihəsi birinci mərhələdə Xocəsən, Sulutəpə, Şonqar, Lökbatan, Yasamal, Badamdar, Bayıl, Bibiheybət massivlərini əhatə edəcək”, - deyə qurum rəsmisi bildirib.

Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğunun tikinti layihəsinə 2025-ci ildə başlanılıb və 2028-ci ildə tamamlanması nəzərdə tutulur.

Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin böyük məsləhətçisi, mühəndis Mürsəl Ələşrəfov qeyd edib ki, bu layihə çərçivəsində nasos stansiya, incə barmaqlıq, kobud barmaqlıq, qumtutucu, yağtutucu, biofosfor, havalandırma, son durulducu hovuzları, disk filtrlər, UVE qurğusu tikiləcək. Fikirlərinə davam edən qurum rəsmisi vurğulayıb: “Sonda çirkab su UVE qurğusundan keçərək bütün zərərli bakteriyalar zərərsizləşdiriləndən sonra dənizə yönləndiriləcək. Bu işlərin davamı olaraq dənizdə diametri 1600 mm, uzunluğu 2.7 km olan metal borular quraşdırılacaq. Qurğunun ərazisində enerji mərkəzi tikiləcək, ərazidə 6 kilovoltluq şəbəkə yaradılacaq. Bir sözlə, təmizləyici qurğu ən müasir standartlara cavab verəcək”.

Hazırda qum və yağtutucu qurğusunda pərdə divarlarının armatur və qəlib işləri görülür. Biofosfor hovuzu qurğusunun armatur, havalandırma hovuzu qurğusunda svay bünövrə, temperatur tikişlərində izolyasiya işləri həyata keçirilir. İnzibati binanın hörgü işləri də hazırda davam etdirilir.

Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi üzrə işlərin 50 faizi icra olunub. Bu layihə Bakı şəhərinin kanalizasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində icra olunan ən mühüm layihələrdən biridir. Layihənin başa çatdırılması tullantı sularının ətraf mühitə mənfi təsirinin minimuma endirilməsinə, ekoloji təhlükəsizliyin gücləndirilməsinə, əhalinin sanitariya şəraitinin yaxşılaşdırılmasına əhəmiyyətli töhfə verəcək. Eyni zamanda, müasir texnologiyalar əsasında fəaliyyət göstərəcək sutəmizləyici qurğu tullantı sularının ekoloji standartlara uyğun təmizlənməsini təmin edəcək.

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Oktyabr 2026 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see560

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see547

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see540

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see474

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see459

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see436

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see368

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see360

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see353

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see330

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see320

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see312

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see302

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see301

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see294

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see293

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see280

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see279
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri