Dövlət katibinin müavini Zəngəzur dəhlizi üçün Azərbaycana da GƏLƏCƏK
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker Ermənistana səfər edib.
O, Baş nazir Paşinyan, xarici işlər naziri Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xüsusi elçi Rubinyanla görüşəcək.
Xanım diplomat “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” layihəsi (Zəngəzur dəhlizi) və Ermənistan-Amerika memorandumları çərçivəsində Ermənistan-Amerika strateji tərəfdaşlığının gücləndirilməsi üçün gələcək addımları müzakirə edəcəklər.
Modern.az-ın əldə etdiyi məlumata görə, Huker İrəvanda sonra Azərbaycana da səfər edəcək.
O, Bakıda bir sıra rəsmilərlə görüşəcək və Tramp marşrutu ilə bağlı müzakirələr aparılacaq.
Regiona səfər 21 noyabr tarixinədək davam edəcək.
Qeyd edək ki, Alison Huker 2025-ci ilin 5 iyununda ABŞ Dövlət Departamentinin siyasi məsələlər üzrə 25-ci müavini kimi and içib və bundan öncə Ağ Evdə Prezidentin xüsusi köməkçisi, Asiya məsələləri və Koreya yarımadası üzrə baş direktor kimi çalışıb, eləcə də Dövlət Departamentinin Kəşfiyyat və Araşdırmalar Bürosunda Şimali Koreya üzrə baş analitik olub.
Baxış sayı:45
Bu xəbər 17 Noyabr 2025 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















