Icma.az
close
up
RU
Zəngəzur dəhlizi: region üçün yeni bir gələcək fürsəti...

Zəngəzur dəhlizi: region üçün yeni bir gələcək fürsəti...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

İlham Əliyev: Bizim Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır.

Bu, legitim tələbdir, bu, ədalətli tələbdir!

Son 5 ildə Şərq ilə Qərbin qovşağında yeni təhlükəsizlik arxitekturası formalaşdıran Azərbaycan yeni dünya nizamına mühüm töhfələr verib. Xüsusilə, bölgədə formalaşan sülh prosesi ilə paralel inkişaf etdirilən Zəngəzur dəhlizinin açılması prosesi Böyük İpək yolunun varisi sayılır və “Şərq-Qərb” ticarət dəhlizinin keçmiş nüfuzunu və aktuallığını yenidən özünə qaytarır. Cənubi Asiya da daxil olmaqla Şərqin mühüm bir hissəsini Avropayla birləşdirən bu dəhliz iki kontingent arasında ən əlverişli, qısa və optimal ticarət logistikası olacaq. Xüsusilə, son illərdə baş verən bir sıra kataklizmlər, iqtisadi-siyasi, eyni zamanda hərbi transformasiyalar Şərq-Qərb kommunikasiya sisteminin daha fəal şəkildə inkişafına təkan verib. “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Şərqdən Qərbə uzanan yol müasir iqtisadi sistemdə həyati dərəcədə əhəmiyyət kəsb etməyə başlayıb. Bu amil bütün dünya tərəfindən qəbul edilir və yüksək qiymətləndirilir. Nəticə etibarı ilə bu yolun şaxələndirilməsi, daha da rentabelli edilməsi, regional coğrafiyanın genişləndirilməsi müzakirə predmeti kimi ön sıraya çıxır.

Bəlkə də gələn ilin yazında...

Vurğulandığı kimi, yeni logistik xəttin aparıcı seqmentlərindən birinə çevrilmə perspektivinə malik Zəngəzur dəhlizi ümumən regionun inkişaf dinamikasını artıracaq. Ümumiyyətlə, Azərbaycan bütövlükdə Cənubi Qafqazın bu yeni iqtisadi-siyasi, xüsusilə ticari prosesdən uğurla və yüksək dividend qazanaraq çıxması üçün çalışır -  başqa sözlə, Azərbaycan istər təşəbbüskarı olduğu, istərsə də iştirakçı kimi təmsil olunduğu qlobal layihələrin ilk növbədə Cənubi Qafqaz regionunu əhatə etməsi, bölgəyə dividendlər qazandırması faktoruna fokuslanır. İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib ki, Zəngəzur dəhlizinə gəlincə, bu arteriya sözsüz ki, bir çox ölkələri birləşdirəcək. Biz isə daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsini nəzərdə tutmuruq. Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Biz nəqliyyat və logistika infrastrukturuna çox fəal sərmayə qoyuruq: “Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk. Biz demək olar ki, Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini başa çatdırırıq və yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi hazır olacaq”.

Böyük perspektivlər açır...

Zəngəzur dəhlizinin reallaşması birinci növbədə mühüm geocoğrafi situasiya yaradacaq. Yeni iqtisadi nizamda Şərq-Qərb tranzitini birləşdirəcək dəhliz digər region ölkələri üçün də mühüm əhəmiyyət kəsb edir. Çünki dəhlizin Şimal-Cənub xətti ilə perpendikulyar şəkildə kəsişməsi ikinci xətt üzərində olan dövlətlərin də maraq dairəsini buraya istiqamətləndirir. Başqa sözlə, Zəngəzur dəhlizi ətraf dövlətlərin də iqtisadi maraqlarına cavab verən amil kimi çıxış edir. Paralel olaraq Ermənistan bu dəhlizin açılması ilə yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Qeyd edək ki, Zəngəzur dəhlizinin açılması Ermənistan üçün həm siyasi, həm də iqtisadi dividendlər vəd edir. Prezident İlham Əliyev III Qlobal Şuşa Media Forumunda bildirib ki, bu dəmir yolunun Ermənistan hissəsinə gəlincə deməliyəm ki, sovet dövründə bu dəmir yolu Azərbaycan dəmir yolunun tərkib hissəsi olub. Ermənistanın dəmir yolu şəbəkəsinin qalan hissəsi ilə dəmir yolu əlaqəsi olmadığına görə, ermənilərin dəmir yolu strukturuna daxil olmayıb. Bu yol Azərbaycanı Ermənistan ərazisindən keçərək Naxçıvan Muxtar Respublikası ilə birləşdirir və oradan Körfəzə çıxış yolu ilə İran ərazisinə keçir: “Yəni, Zəngəzur dəhlizinin reallaşması ilə biz mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacağıq. Təkcə hamının haqqında danışdığı bir istiqamətə - Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil, həm də Şərqi Zəngəzur və Zəngəzur bölgəsinin digər hissələrindən İrana, oradan da Türkiyəyə. Ona görə də yük axınının həcminin artırılması üçün böyük perspektivlər açılır”.

Zəngəzur vasitəsilə Aralıq dənizi limanlarına...

Azərbaycan apardığı uğurlu siyasi kurs nəticəsində mühüm bir geostrateji məkanda “açar dövlət”ə çevrilməyi bacarıb. Özünün çoxvektorlu siyasətinə sadiq qalaraq bütün dünya ölkələri ilə bərabərtərəfli əməkdaşlıq münasibətləri yaradan rəsmi Bakı bu mənada Çin və Mərkəzi Asiya ilə münasibətlərin də inkişafını hər zaman ön planda tutub. Azərbaycan Çinin müəllifi olduğu “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub. Rəsmi Bakı Mərkəzi Asiyadan Avropaya uzanan bu nəqliyyat kəmərinin əsas həlqələrindən biri olmağı qətiləşdirib və bu istiqamətdə effektiv addımları ilə seçilib. Prezident İlham Əliyev bildirib ki, Özbəkistan Prezidentinin səfəri zamanı biz müzakirə etdik ki, yükdaşımaların həcmini artırmalıyıq: “Bu gün Çindən Azərbaycan ərazisi vasitəsilə yükdaşımaların həcmi sürətlə artır. Eyni zamanda, Xəzər dənizinə çıxacaq Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan dəmir yolu yenidən tikilir. Yəni, görürsünüz ki, artıq hansı böyük axınlar gedir və bu, bizim istiqamətimizdə davam edəcək. Ona görə də biz təkcə Bakı limanında yüklərin qəbuluna və onları işləməyə deyil, həm də Bakı-Tbilisi-Qars dəmir yolu ilə Gürcüstandan keçməklə Türkiyəyə və daha sonra Aralıq dənizi limanlarına Zəngəzur vasitəsilə göndərməyə hazır olmalıyıq ki, bu, eyni zamanda, əsas nəqliyyat marşrutu olacaq”.

Əks halda...

Təəssüfləndirici haldır ki, Azərbaycan Şərq-Qərb ticarət xəttinin şaxələndirilməsi, regionun ümumi inkişaf tempinin artırılması istiqamətində bu kimi uğurlu addımlar atsa da, Ermənistanın davranışları adekvat deyil. Azərbaycan xətt üzrə bütün infrastrukturunu formalaşdırıb və ən müasir tələblər çərçivəsində inşa edib. Ermənistan isə ötən 5 il ərzində məsələni “ikinci plana” keçirmək üçün səy göstərib, hətta demək olar ki, heç bir iş görməyib. İrəvan anlamalıdır ki, Zəngəzur dəhlizinin açılması onlar üçün böyük siyasi-iqtisadi dividend yaradacaq. Əks halda Ermənistan yenə də “dalan ölkə” statusunda qalmaqda davam edəcək. Dövlət başçısı III Qlobal Şuşa Media Forumunda bildirib ki, son beş ildə Ermənistan tərəfindən heç bir iş aparılmayıb, bu məsələ qəsdən gündəmdən çıxarılıb: “Amma belə olan halda Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfıra yaxınlaşır. Bu prosesin qarşısını almaqda davam etsələr, düşünürəm ki, özlərini nəinki bu gün düşdükləri nəqliyyat təcridində, həm də müəyyən dərəcədə siyasi təcriddə tapacaqlar”.

Legitim tələbimiz...

Zəngəzur dəhlizinin açılması Azərbaycanla Naxçıvan arasında quru əlaqə formalaşdıracaq. İllərdir ki, blokadada qalmış Naxçıvanın Bakı ilə quru yolla əlaqəsinin yaranması bizim təbii tələbimiz və haqqımızdır. Azərbaycan qlobal iqtisadi kontent yaratmaqla yanaşı, özünün ərazisinə maneəsiz gedib-gəlmək üçün yol əldə etməlidir. Prezident çıxışında bu məsələyə toxunaraq qeyd edib ki, bizim üçün isə ən başlıca məsələ odur ki, - mən Əbu-Dabidə həmkarıma dedim, - bizim Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır: “Bu, Azərbaycanın bir bölgəsindən ölkənin digər bölgəsinə keçiddir. Bizim yüklər və bizim vətəndaşlar, Azərbaycan vətəndaşları hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil. Budur bizim tələbimiz. Bu, legitim tələbdir, bu, ədalətli tələbdir. Əks təqdirdə bizim vətəndaşlarımız təhlükə altında olacaqdır. Mən yaxşı xatırlayıram, sovet dövründə qatar Bakıdan Naxçıvana hərəkət edərkən məhz Ermənistan ərazisindən Zəngəzurdan keçən bir hissədə qatara daş atılırdı, nəticədə qatarın pəncərələri qırılırdı. Biz bunu çox yaxşı xatırlayırıq və bu, sovet dövrü idi. Bu nizam-intizam və cəza mexanizmlərinin hökm sürdüyü bir dövrdür. Bu gün biz vətəndaşlarımızı riskə ata bilmərik. Ona görə orada heç bir fiziki təmas olmalı deyil və onlar üçün təminatlı tədbirlər həyata keçirilməlidir ki, insanlar və yüklər təhlükəsiz şəkildə hərəkət etsin. Bu, legitim tələbdir”.

P.SADAYOĞLU

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 İyul 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri