Icma.az
close
up
RU
Dövlət Komitəsində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib

Dövlət Komitəsində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Oktyabrın 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni seçilən 11 nəfərdən ibarət tərkibdə ilk iclası keçirilib. İlk toplantıda təşkilati məsələlərə baxılıb və Anar Xəlilov yenidən İctimai Şuranın sədri, Səbuhi Hüseynov sədr müavini, Həcər Əkbərova isə katib seçiliblər. Sonra şura üzvlərinin komitə rəhbərliyi ilə görüşü olub.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev şuranın yeni tərkibində fəaliyyət göstərəcək vətəndaş cəmiyyəti nümayəndələrini təbrik edib, onlara uğurlar arzulayıb.

XQ xəbər verir ki, komitə sədri şura üzvlərini seçkinin uğurla başa çatması münasibətilə təbrik edib, qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən tədbirlərdə onlardan fəal iştirak və dəstək gözlənildiyini bildirib. 

Prezident İlham Əliyevin sosial siyasətində qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinin prioritet istiqamət olduğu, torpaqlarımız işğaldan azad edilməsi nəticəsində onların doğma yurda Böyük Qayıdışının başlandığı, bərpa edilən və yeni salınan yaşayış məntəqələrinə müntəzəm köç karvanlarının yola salındığı bildirilib. 

Qeyd edilib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən həyata keçirilən tədbirlər çərçivəsində məcburi köçkünlərlə iş sahəsində Dövlət Komitəsi ilə İctimai Şura arasında səmərəli və qarşılıqlı əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.

İctimai Şuranın sədri, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Anar Xəlilov Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasında ictimai iştirakçılığın təmin edilməsi ilə bağlı qarşıda duran vəzifələrdən bəhs edib və bu məqsədlə hazırlanmış fəaliyyət planı haqqında ətraflı məlumat verib. Görüşün, İctimai Şuranın fəaliyyətinin səmərəli təşkili, zəruri məlumatların əldə olunması, həmçinin ictimai iştirakçılıq tələb edən məsələlər üzrə müvafiq məsləhətləşmələrin aparılması baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Daha sonra Dövlət Komitəsinin struktur bölmələrinin rəhbərləri ilə İctimai Şura üzvləri arasında fəaliyyət planına uyğun müzakirələr aparılıb, təkliflər dəyərləndirilib. Görüşdə bir daha qeyd olunub ki, İctimai Şuranın fəaliyyətinin yüksək səviyyədə təşkilinə Komitə rəhbərliyi tərəfindən hərtərəfli dəstək göstəriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see234

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see197

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see172

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see165

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see151

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see146

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see143

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see142

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see141

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see141

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see139

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see132

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri