Dövlət Komitəsindən azyaşlılara qarşı bunu edənlərə XƏBƏRDARLIQ
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Son zamanlar bəzi ticarət obyektlərində azyaşlı uşaqların reklam predmetinə çevrilməsi ilə bağlı narahatlıqlar artıb. Belə ki, uşaqlara yaşlarına uyğun olmayan rəqslər etdirilir və məhsulların tanıtımında iştiraka məcbur edilirlər.
Məsələ ilə bağlı “Yeni Sabah”ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, bir sıra ticarət obyektlərində azyaşlıların reklam məqsədilə çəkilişlərə cəlb edilməsi ciddi narahatlıq doğurur.
Qeyd olunub ki, xüsusilə də uşaqlara yaşlarına uyğun olmayan rəqslər oynatmaq, davranışlara məcbur etmək yolverilməzdir:
“Hazırda bu istiqamətdə monitorinqlər aparılır. Azyaşlıların istismarı, onların inkişafına mənfi təsir göstərə biləcək hər hansı kommersiya fəaliyyətinə cəlb edilməsi qanunvericiliklə qadağandır. Məlumat daxil olduqda aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər görülür, müəssisələrə xəbərdarlıqlar edilir və pozuntu halları aşkar olunarsa məsuliyyətə cəlb olunurlar”.
Dövlət Komitəsi məsələyə nəzarət mexanizmlərini gücləndirməyi planlaşdırır:
“Biz uşaqların maraqlarının hər kəsdən üstün tutulmasını vacib sayırıq. Bu kimi hallarla bağlı ictimai məlumatlanmanın artırılması, həmçinin nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 14 Noyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















